13
(dəyərlərlə) dünyagörüşün ümumi ideyaları və prinsiplərinin qovuşması, onlarla
şərtlənməsidir. Bəşəri mənəvi sərvətlərə (xeyirxahlıq, insanpərvərlik, vicdan, şərəf,
vətənpərvərlik və s.) uyğun gəlməyən və ya onlara qarşı çevrilmiş heç bir ideya və
prinsıp dünyagörüşü amilinə çevrilə bilməz.
3)
Dünyagörüşün
digər
mühüm
struktur
komponenti
olan
əqidə
formalaşdırlmasında, alınmış biliyin əqidəyə çevrilməsində müasir elmi-texniki
nailiyyətlərin həyata, istehsalata tətbiqi, onların sosial-mənəvi nəticələri mühüm rol
oynayır. Əqidə isə əhval-ruhiyyə, iradə və hisslərlə daha çox bağlı olduğundan
şəxsiyyətin mənəvi aləminə daha ciddi daxil olur, onu sosial fəallığa və yaradıcılığa
sövq edir. Əqidə üçün meyar - insan fəaliyyətidir. Biliyin, ictimai şüurun
dünyagörüşə çevrilməsi üçün onlar əqidə xarakteri kəsb etməlidir. Əqidə - insanın
həyat fəaliyyətində rəhbər tutduğu prinsip və idealların həqiqiliyinə,
doğruluğuna dərindən və əsaslandırılmış inamdır, heç vaxt dönmədən, dərin, daxili
inamdır. Bu isə o deməkdir ki, şəxsiyyət öz ideya və əməllərinin doğruluğuna heç
bir tərəddüd göstərmədən inanmalıdır. Möhkəm əqidə formalaşmasında isə insana
düzgün ideallar, sosial-sinfi məqsədlər verilməlidir. Həmin sosıal-siyasi, mənəvi ideallar
əsasında dünya haqqında baxışlar qiymətləndirilir, bilik əqidəyə çevrilir, dünyagörüşü
xarakteri alır.
4) Dünyagörüşün struktur komponentləri sırasında fəaliyyət (qiymətləndirmə) də
mühüm yer tutur. Dünyagörüşü ancaq insan fəaliyyəti ilə öz prinsip və ideyalarını
maddiləşdirir, həyata keçirir. Məhz fəaliyyət prosesində dünyagörüşün bəşəri sərvətlərə
(dəyərlərə) və sosial-mənəvi məqsədlərə uyğunluğu təmin olunur. Şəxsiyyət hadisələri
öz dünyagörüşü baxımından qiymətləndirir və ona uyğun fəaliyyət göstərir.
Dostları ilə paylaş: