17
substansiya haqqında ideya, varlıq, maddi və mənəvinin münasibəti və s.) mühüm yer
tutmuşdur.
Daha
sonrakı
dövrlərdə
fiziki,
mexaniki,
kimyəvi
hərəkət
qanunauyğunluqlarının xüsusiyyətlərini öyrənən elmlərin yaranması
və müstəqil elm
sahələrinə çevrilməsi ilə fəlsəfənin predmet dairəsi daha da «məhdudlaşdı». Bioloji və
ictimai elm sahələrinin yaranması və müstəqil inkişafı ilə sivilizasiya tarixində
«fəlsəfənin predmentinin yoxluğu», onun «elmlər sistemindən çıxarılması» haqqında
ideyalar təbliğ olunmağa başladı. Son illərə qədər belə bir fikir yayılmışdır ki, fəlsəfənin
predmeti və elmlər sistemində onun yeri yoxdur. Məs. B. Rasselin fikrincə fəlsəfə artıq
«sahibsiz torpaqdır», cəmiyyətdə dinin mövqeyi güclənəndə o, teologiyanın,
elmin
mövqeyi güclənəndə isə o, elmin təsirinə düşür.
Əlbəttə, bu fikirlə razılaşmaq olmaz.
1) ona görə ki, hər bir elm o zaman mövcud olur ki, onun heç bir elm tərəfindən
öyrənilməyən öz predmeti və həmin predmeti əks etdirən qanunları olsun. Fəlsəfənin də
belə predmeti və qanunları vardır. Ən ümumi mənada fəlsəfənin predmetini insanı əhatə
edən gerçəklik və onun inkişaf qanunauyğunluqlarının öyrənilməsi təşkil edir.
2) fəlsəfə gerçəkliyin, hərəkətin bu və ya digər sahəsini deyil, onu ümumi şəkildə,
bütöv halda götürüb öyrənir, gerçəkliyin ən ümumi inkişaf qanunauyğunluqlarından və
kateqoriyalarından bəhs edir.
Gerçəkliyin belə ən ümumi inkişaf qanunlarından heç bir başqa elm deyil, məhz
fəlsəfə bəhs edir.
Hər bir elm kimi fəlsəfənin də öz tədqiqat obyekti, predmeti vardır. Onun obyekti
varlıqdır, təbiətdir, cəmiyyətdir, insandır, real gerçəklikdir. Bunları fizika, kimya,
biologiya, psixologiya və s.. elmlər də öyrənir. Həmin elmlərdən fəlsəfəni
fərqləndirən
başlıca xüsusiyyət ondan ibarətdir ki, o, təbiət hadisələri, cəmiyyətin inkişafı və insan
təfəkkürü üçün ümumi olan cəhətləri və qanunauyğunluqları tədqiq edir.
Elmlər bir-birindən öyrəndikləri
obyektə görə deyil, mövzularına, yəni
predmetlərinə görə də fərqlənir. Elmin predmeti o deməkdir ki, o öz obyektindən ayırd
etdiyi cəhətlərə hansı baxışdan, hansı nəzəri və praktiki aspektdən yanaşır. Elmin
predmeti öz obyektinə yanaşma tərzini, tədqiqat metodlarını müəyyən edir və müvafiq
anlayışlar vasitəsilə şərh olunur. Dəqiq elmlərin predmeti yığcam
olduğu halda,
fəlsəfənin predmeti çox genişdir. O, intellektual fəaliyyətin elə bir sahəsidir ki, onun
əsasında insanın dünyaya başlıca münasibətləri durur.
Varlığın və idrakın ümumi prinsiplərinin öyrənilməsi zərurəti ictimai tələbatdan
doğmuşdur. Fəlsəfi təfəkkürün tarixən birinci forması sayılan naturfəlsəfə (təbiət
haqqında fəlsəfi təlim beləcə yaranmışdır. İlk antik yunan mütəfəkkirləri (Fales,
Anaksimsen, Anaksimandr, Parmenid ve b.) əsas etibarilə müxtəlif təbiət hadisələrinin
18
mənşəyini anlamağa cəhd etmişlər. Onlar dünyanın mənzərəsində kosmosu mərkəzdə
götürür, insana isə mikrokosmos kimi baxırdılar.
Təbiət hadisələri haqqında xüsusi elmi təsəvvürlər toplandıqca,
nəzəri və tətbiqi
biliklərin ayrı-ayrı sahələri arasında hədd yaranır, riyaziyyat, astronomiya, təbabət və s.
fəlsəfədən ayrıldıqca onun məşğul olduğu problemlər dairəsi məhdudlaşır. Eyni
zamanda fəlsəfənin predmeti və spesifikası dəyişməklə, onun özünün mütərəqqi
inkişaf, dərinləşmə, zənginləşmə prosesi baş verir, dünyanın və həyatın fəlsəfi anlamının
müxtəlif "izmli" variantları, nəzəriyyələri və cərəyanları meydana gəlir. Varlıq haqqında
təlim olan ontologiya, idrak nəzəriyyəsi
kimi formalaşan qnoseologiya, məntiq, etika,
estetika kimi fəlsəfi fənlər beləcə meydana gəlmişdir.
Orta əsrlərdə Avropanın mədəni ənənələri zəminində dünyanın tamamilə başqa
mənzərəsi yaranır. Allah ideyası nəzəri düşüncənin əsasını təşkil edir, artıq Kainatın,
həyatın, insanın mənşəyi yox, onları yaradanın obrazı diqqət mərkəzində götürülür.
Fəlsəfə əsasən bu istiqamətdə fəaliyyət göstərməli olur.
İntibah və ilkin kapitalizm dövrlərində dünyanın
zehni mənzərəsinin
formalaşmasında mexaniki saatların, müxtəlif nəqliyyat və istehsalat maşınlarının
ixtirası mühüm amil oldu.
XVII-XVIII əsrlərdən başlayaraq fəlsəfə ilə xüsusi elmlər arasında ayrılma prosesi
sürətlənir, mexanika, fizika, kimya, biologiya, hüquqşünaslıq və s. elmi idrakın müstəqil
sahələrinə çevrilirlər. Elmlər sistemində fəlsəfinin mövqeyi və rolu keyfiyyətcə dəyişir.
Fəlsəfə artıq xüsusi elmlərin problemlərinin həlli ilə məşğul olmur. Lakin xüsusi elmlər
qarşısında duran və onların imkanları dairəsində həll edilə bilməyən ümumi
dünyagörüşü məsələlərinin tədqiqi ilə yenə fəlsəfə məşğul olur.
Dostları ilə paylaş: