Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


«İnsan və onun dünyaya münasibətidir» kimi cavab verilməsi



Yüklə 223,61 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix16.12.2023
ölçüsü223,61 Kb.
#181259
1   ...   10   11   12   13   14   15   16   17   18
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi (1)

«İnsan və onun dünyaya münasibətidir» kimi cavab verilməsi 
məqsədəuyğundur. 
Materiyanımı, yoxsa şüurumu ilkin əsas, substantiv başlanğıc hesab 
etdiklərinə görə filosoflar iki əks cərəyana mənsub olmuşlar
. Materiyanı 
müəyyənedici, ilkin hesab edənlər materializm cərəyanına və onun müxtəlif 
məktəblərinə (sadəlövh, mexaniki, metafiziki, maarifçi, klassik materializm və s.) - 
varlığı, materiyanı şüur əsasında izah edən, ideyaları ilkin əsas, başlanğıc kimi 
götürənlər isə idealizmə və onun müxtəlif növlərinə (obyektiv idealizm və subyektiv 
idealizm) mənsub olmuşlar. Bu cəhətdən 
obyektiv idealizm
insandan, bəşəriyyətdən 


20 
kənarda, ondan asılı olmayaraq obyektiv «mövcud olmuş» «dünya ruhu», «mütləq
ideya»nı əsas götürməklə, 
subyektiv idealizm
isə insan şüuruna istinad etməklə 
fərqlənmişlər. 
Materializm və idealizmin əksliyi təkcə nəzəri məsələ deyildir
, o həm 
də sosial-iqtisadi, sinfi, siyasi və mənəvi səbəblərlə şərtlənir. Materializm öz məzmunu 
və mahiyyəti etibarilə, həm də gerçəkliyi əks etdirməsi cəhətdən elmə yaxındır, onunla 
qovuşur. İdealizmin isə dinlə qovuşduğunu qeyd edən filosoflar idealizmi «incələşmiş 
din», «dinçiliyə yol» və s. adlandırmışlar. Düzdür, bu cür təhlil həqiqətə uyğundur və 
əsasən qəbul edilməlidir. Hər iki fəlsəfi cərəyan gerçəkliyin müxtəlif mövqelərdən 
izahıdır, insan idrakının məhsuludur; idrak isə düz xətt üzrə inkişaf etmir; idrakın 
inkarlı, spiralabənzər inkişafı müəyyən yenilmələrin dəqiqləşməni, fikir plüralizmini 
zəruri surətdə doğurur. Bu yolla mövqelər aydınlaşır, həqiqətə yaxınlaşır, fikir 
plüralizmindən fikir aydınlığına keçilir. 
Fəlsəfənin əsas məsələsinin ikinci tərəfində qoyulan suala da filosoflar müxtəlif 
cəhətdən yanaşıb cavab vermişlər. Dünyanın dərkedilənliyi prinsipi mövqeyindən çıxış 
edən filosoflar bu mövqedə dururlar ki, dünya və onun qanunauyğunluqları dərk 
ediləndir. Dünyada dərk olunmamış şeylər çoxdur, amma dərkolunmaz şeylər yoxdur. 
Dünya və onun qanunları elmin və praktik fəaliyyətin inkişafı ilə addım-addım dərk 
olunur, əməli məqsədlərində insan həmin qanunlardan istifadə edir. Lakin fəlsəfə 
tarixində gerçəklik və onun qanunlarının dərk edilməsinə şübhə ilə baxan (onu müəyyən 
çərçivə ilə məhdudlaşdıran) skeptisizm (D.Yum və başqaları) və dünyanın «sirli 
özündəşeylər» hesab edərək onun dərk edilməsini qeyri-mümkün sayan aqnostisizm 
(İ.Kant və başqaları) cərəyanları («a» yunanca inkar şəkilçisi, «qnosis» - bilik deməkdir, 
yəni «bilməzlik», «biliyin inkarı») olmuşdur. Kant göstərirdi ki, insan təbiətdən 
qanunlar almır, əksinə təbiətə qanunları diktə edir. Əslində isə insan idrakı tədricən 
mütləq həqiqətə yaxınlaşır. İnsan həqiqətə çatdıqca Kantın özündə şeylərınin sonu çatır. 

Yüklə 223,61 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin