16
nizamlılığın pozulması nəticəsində davamsız vəziyyətə düşür. Bu halda nəzərə almaq
lazımdır ki, nizamlanmış strukturlar yaranması və sistemin özünütəşkili tədrici, rəvan
proses deyil, qəflətən baş verən sıçrayış şəklində prosesdir. Məsələn, mayeni aşağıdan
qızdıranda temperaturun müəyyən qradiyent qiymətindən başlayaraq konveksiya
sayəsində həmin mayedə özünütəşkil prosesi baş verir, bu isə həmin hadisəni kəşf etmiş
alimin şərəfinə Benar oyuqları adlanan nizamlanmış struktur yaranmasına gətirib
çıxarır.
Sinergetikanın fəlsəfi mənası ondan ibarətdir ki, o, cansız bioloji sistemlərdən canlı
sistemlər yaranması proseslərinə yeni mövqedən baxmaq imkanı verir, Bunların
sayəsində biz ulduzların, planetlərin, insan birliyinin həyatının necə yaranması sualına
cavab tapırıq. Sinergetikada əldə edilmiş ideyalar və nəticələr materiyanın öz-özünə
hərəkətindən ibarət fundamental prinsipin təbii-elmi təsdiqidir. Sinergetika "xətti"
təfəkkürdən elmin inkişafının yeni mərhələsinə müvafiq olan qeyri-xətti təfəkkürə
keçməyə imkan verir. O, öyrəndiyi obyektlərin əksəriyyətini qeyri-xətti qanunlarla idarə
edilən açıq, qeyri-taraz sistemlərə aid edir. Bu sistemlərin hər biri özünütəşkil
qabiliyyətinə malikdir, davranışları isə onların əvvəlki təkamül tarixi ilə müəyyənləşir.
Sinergetika müxtəlif elmlər arasında əsas prinsiplərin intensiv mübadiləsi üçün
şərait yaratmışdır. Sinergetikanın inkişafı ilə əlaqədar fəlsəfənin və riyaziyyatın
qarşılıqlı yaxınlaşması müşahidə olunur. Bu isə fəlsəfi və riyazi metodların inteqrasiya
gücünü artırır. Sinergetika elmi biliyin təşkilinin elə səviyyələrini aşkar etməyə imkan
verir ki, orada fəlsəfə inteqrasiyanın zəruri amillərindən biri kimi çıxış edir. Alimlər
inteqrativ amillərin aşağıdakı iyerarxiyasını aşkar etmişlər: fəlsəfə - qanun - metod -
prinsip - nəzəriyyə - ideya - metanəzəriyyə - konkret elm - metaelm - qonşu elm -
kompleks elm - dünyanın elmi mənzərəsi - fəlsəfə. Bu iyerarxiyada fəlsəfə ən ümumi
inteqratordur.
Dostları ilə paylaş: