10
şüur forması olmuşdur. Qədim miflər dünyanın bütün xalqlarında olmuşdur.
Mifik
təsəvvürlərin əsasında əfsanəvi varlıqlar, Allahlar və onların fəaliyyəti, qəhrəmanların
möcüzələri və s. haqqındakı inamlar, ideya və baxışlar durur. Miflər çox müxtəlif olsalar
da, onlarda bır sıra motivlər təkrar olunur. Dünyanın bir çox xalqlarının miflərində
kosmik mövzular xüsusi yer tutur. Bu miflərlə ibtidai insan dünyanın
mənşəyi və
quruluşu, bir çox təbiət hadisələri, məqsədəuyğunluq və s. haqqında özünü düşündürən
suallara cavab verməyə çalışmışdır. Bır sıra miflərdə dünyanın sonu, bəşəriyyətin məhvi
və yenidən dirilməsi haqqında təsəvvürlər öz əksinı tapmışdır.
Mifoloji dünyagörüşü təsəvvürlərində dünya ilə yanaşı, insanın mənşəyi, onun
həyat inkişafının mərhələləri, ölümü, insanın odu əldə etməsi, sənəti,
əkinçiliyi
öyrənməsi və s. mövzular da geniş yer tutur, Müxtəlif xalqların mifləri bir-birilə
əlaqədar
və uyğundur, vahid sistem təşkil edirlər.
Mif
- sinkretik, vahid, universal dünyagörüşü və şüur forması olmuşdur. Mifoloji
dünyagörüşü özündə dövrünün dünyaduyumunu, dünyanı qavramanı, dünyanı anlamanı
əks etdirmiş, bədiilik və müdriklik baxımından çox zəngin olmuşdur. Miflərdə təbiət və
mədəniyyət
hadisələri qovuşmuş, təbii cisim və hadisələr canlaşdırılmış, insana
bənzərləşdirilmiş, mifoloji obrazlara çevrilmişdir. Reallıq və fantaziya, hiss
və fikirlər,
bilik və bədii obraz obyektiv və subyektiv olan miflərdə vəhdət halında birləşmişdir,
bütöv dünya mənzərəsi yaradılmışdır, Dünyanın mifoloji mənzərəsində reallıq və
fantaziya, təbii və fövqəltəbii, bilik və inam çulğaşmışdır. Mifık obrazlar əsasında bir
sıra
bədii əsərlər, incəsənət, musiqi, heykəltəraşlıq nümunələri yaradılmışdır.
Xristianlıq, islam, buddizm və b. dinlər mifoloji nümunələrlə zəngindir.
Dostları ilə paylaş: