19
ibarət olduğunu təsdıqləyən filosoflar da insana, onun mənəvi dünyasına istinad edir,
mənəvinin (insan idraki, şüur, təfəkkür və s.) maddiyə münasibətini əsas tuturdular.
Filosofların böyük qismi fəlsəfənin əsas məsələsindən
bəhs edərkən qeyd edirdilər ki,
dünyagörüşü üçün «təfəkkür» və «varlıq», «mənəvi olan və maddi olanın» qarşılıqlı
münasibətindən başqa daha ümumi anlayışlar tapmaq qeyri-mümkündür: mənəvinin
maddiyə münasibəti (və ya insanın gerçəkliyə münasibəti) və onların müqayisəsi fəlsəfi
dünyagörüşün başlıca məsələsidir. Digər bütün məsələlər məhz əsas məsələyə münasibət
baxımından həll olunur, elmi-fəlsəfi qiymətini alır.
F.Engels vaxtilə fəlsəfənin əsas məsələsindən bəhs edərək yazmışdır: “Bütün
fəlsəfənin, xüsusən ən yeni fəlsəfənin,
böyük əsas məsələsi, təfəkkürün varlığa
münasibəti məsələsidi”. Bu mövqedən çıxış edənlər fəlsəfənin əsas məsələsinin iki tərəfi
olduğunu qeyd etmiş və göstərmişdilər ki, birinci tərəfin mahiyyəti belə bir alternativ
məzmun daşıyan suala
cavab verməkdən ibarətdir ki, nə nədən əzəlidir? Nə ilkindir,
əsasdır, müəyyənedicidir, nə törəmədir, ikincidir?
Ruhmu təbiəti, yoxsa təbiətmi ruhu,
varlıqını təfəkkürü, yoxsa təfəkkürmü varlığı müəyyən edir? Fəlsəfənin əsas məsələsinin
ikinci tərəfi isə insan idrakının gerçəkliyə münasibəti necədir? Dünya və onun qanunları
dərk edilə bilərmi? Sualına cavab verməkdən ibarətdir. Birinci tərəf əsas məsələnin
ontoloji aspektini, ikinci tərəf isə qnoseoloji aspektini ifadə edir.
Düzdür, hazırda
həmin müddəa, yəni fəlsəfənin əsas məsələsinin «təfəkkürün
varlığa münasibəti» ideyası bu və ya başqa şəkildə ya tam inkar olunur, ya da ziddiyyətli
təhlil edilir.
Əlbəttə, bu ideyanın tam inkar edilməsini düzgün mövqe hesab etmək olmaz.
Əslində «təfəkkürün varlığa münasibəti» müddəası elə bu və ya başqa tərzdə «insanın
dünyaya münasibəti» fikri ilə eyniləşir. Odur ki, bu iki müddəa arasında tənqid xatirinə,
ciddi fərq axtarmaq da düzgün deyildir. Lakin «təfəkkürün varlığa münasibəti»
müddəası daha mücərrədir, əslində müəyyən «söz güləşdirməsidir». İkinci müddəa isə
daha real, konkret və ağlabatandır. Odur ki, fəlsəfi dünyagörüşün əsas məsələsi nədir? -
sualına
Dostları ilə paylaş: