20
kənarda, ondan asılı olmayaraq obyektiv «mövcud olmuş» «dünya ruhu», «mütləq
ideya»nı əsas götürməklə,
subyektiv idealizm
isə insan şüuruna istinad etməklə
fərqlənmişlər.
Materializm və idealizmin əksliyi təkcə nəzəri məsələ deyildir
, o həm
də sosial-iqtisadi, sinfi, siyasi və mənəvi səbəblərlə şərtlənir. Materializm öz məzmunu
və mahiyyəti etibarilə, həm də gerçəkliyi əks etdirməsi cəhətdən elmə yaxındır, onunla
qovuşur. İdealizmin isə dinlə qovuşduğunu qeyd edən filosoflar idealizmi «incələşmiş
din», «dinçiliyə yol» və s. adlandırmışlar. Düzdür, bu cür təhlil həqiqətə uyğundur və
əsasən qəbul edilməlidir. Hər iki fəlsəfi cərəyan gerçəkliyin müxtəlif mövqelərdən
izahıdır, insan idrakının məhsuludur; idrak isə düz xətt üzrə inkişaf etmir; idrakın
inkarlı, spiralabənzər inkişafı müəyyən yenilmələrin dəqiqləşməni, fikir plüralizmini
zəruri surətdə doğurur. Bu yolla mövqelər aydınlaşır, həqiqətə yaxınlaşır, fikir
plüralizmindən fikir aydınlığına keçilir.
Fəlsəfənin əsas məsələsinin ikinci tərəfində qoyulan suala da filosoflar müxtəlif
cəhətdən yanaşıb cavab vermişlər. Dünyanın dərkedilənliyi prinsipi mövqeyindən çıxış
edən filosoflar bu mövqedə dururlar ki, dünya və onun qanunauyğunluqları dərk
ediləndir. Dünyada dərk olunmamış şeylər çoxdur, amma dərkolunmaz şeylər yoxdur.
Dünya və onun qanunları elmin və praktik fəaliyyətin inkişafı ilə addım-addım dərk
olunur, əməli məqsədlərində insan həmin qanunlardan istifadə edir. Lakin fəlsəfə
tarixində gerçəklik və onun qanunlarının dərk edilməsinə şübhə ilə baxan (onu müəyyən
çərçivə ilə məhdudlaşdıran) skeptisizm (D.Yum və başqaları) və dünyanın «sirli
özündəşeylər» hesab edərək onun dərk edilməsini qeyri-mümkün sayan aqnostisizm
(İ.Kant və başqaları) cərəyanları («a» yunanca inkar şəkilçisi, «qnosis» - bilik deməkdir,
yəni «bilməzlik», «biliyin inkarı») olmuşdur. Kant göstərirdi ki, insan təbiətdən
qanunlar almır, əksinə təbiətə qanunları diktə edir. Əslində isə insan idrakı tədricən
mütləq həqiqətə yaxınlaşır. İnsan həqiqətə çatdıqca Kantın özündə şeylərınin sonu çatır.
Dostları ilə paylaş: