Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Dünyagörüşdə hər üç ünsür - dünyaduyumu



Yüklə 223,61 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix16.12.2023
ölçüsü223,61 Kb.
#181259
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi (1)

Dünyagörüşdə hər üç ünsür - dünyaduyumu, 
dünyanıqavrama, dünyanıanlama vəhdət təşkil edir.
Dünyagörüşü öz məzmununa daxil olan münasibətlər («təbiət-insan 
münasibətləri», «cəmiyyət-insan münasibətləri», «subyekt-obyekt münasibətləri» və s.) 
əsasında, xüsusilə aşağıdakı struktur komponentlərini üzvi vəhdətdə birləşdirir. 
1)
Həmin münasibətlərin doğurduğu və gerçəklikdə sınanıb ümumiləşdirilmiş 
biliklər sistemi. Gerçəklik haqqında dünyagörüşü xarakterli ümumiləşmiş biliklər
sisteminin yaranmasında, həqiqətə doğru can atılmasında, sosial-fəlsəfi elmlərlə
(fəlsəfə, etika, tarix, siyasi iqtisad və s.) yanaşı, dünyanın həqiqi təbii-elmi 
mənzərəsini verən xüsusi elmlər də (təbiətşünaslıq, texniki, insanşünaslıq elmləri və s.) 
iştirak edir. 
2)
Dünyagörüşün struktur komponentlərindən biri də bəşəri sərvətlərlə 


13 
(dəyərlərlə) dünyagörüşün ümumi ideyaları və prinsiplərinin qovuşması, onlarla 
şərtlənməsidir. Bəşəri mənəvi sərvətlərə (xeyirxahlıq, insanpərvərlik, vicdan, şərəf, 
vətənpərvərlik və s.) uyğun gəlməyən və ya onlara qarşı çevrilmiş heç bir ideya və 
prinsıp dünyagörüşü amilinə çevrilə bilməz. 
3) 
Dünyagörüşün 
digər 
mühüm 
struktur 
komponenti 
olan 
əqidə
formalaşdırlmasında, alınmış biliyin əqidəyə çevrilməsində müasir elmi-texniki 
nailiyyətlərin həyata, istehsalata tətbiqi, onların sosial-mənəvi nəticələri mühüm rol 
oynayır. Əqidə isə əhval-ruhiyyə, iradə və hisslərlə daha çox bağlı olduğundan 
şəxsiyyətin mənəvi aləminə daha ciddi daxil olur, onu sosial fəallığa və yaradıcılığa 
sövq edir. Əqidə üçün meyar - insan fəaliyyətidir. Biliyin, ictimai şüurun
dünyagörüşə çevrilməsi üçün onlar əqidə xarakteri kəsb etməlidir. Əqidə - insanın
həyat fəaliyyətində rəhbər tutduğu prinsip və idealların həqiqiliyinə,
doğruluğuna dərindən və əsaslandırılmış inamdır, heç vaxt dönmədən, dərin, daxili 
inamdır. Bu isə o deməkdir ki, şəxsiyyət öz ideya və əməllərinin doğruluğuna heç 
bir tərəddüd göstərmədən inanmalıdır. Möhkəm əqidə formalaşmasında isə insana 
düzgün ideallar, sosial-sinfi məqsədlər verilməlidir. Həmin sosıal-siyasi, mənəvi ideallar 
əsasında dünya haqqında baxışlar qiymətləndirilir, bilik əqidəyə çevrilir, dünyagörüşü 
xarakteri alır. 
4) Dünyagörüşün struktur komponentləri sırasında fəaliyyət (qiymətləndirmə) də 
mühüm yer tutur. Dünyagörüşü ancaq insan fəaliyyəti ilə öz prinsip və ideyalarını 
maddiləşdirir, həyata keçirir. Məhz fəaliyyət prosesində dünyagörüşün bəşəri sərvətlərə 
(dəyərlərə) və sosial-mənəvi məqsədlərə uyğunluğu təmin olunur. Şəxsiyyət hadisələri 
öz dünyagörüşü baxımından qiymətləndirir və ona uyğun fəaliyyət göstərir. 

Yüklə 223,61 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin