Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sual 2. Dünyagörüşü: onun strukturu və formaları



Yüklə 223,61 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix16.12.2023
ölçüsü223,61 Kb.
#181259
1   2   3   4   5   6   7   8   9   ...   18
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi (1)

 
Sual 2. Dünyagörüşü: onun strukturu və formaları
Zəkalı varlıq olan insan çохtərəfli fəaliyyət göstərir. Нəmin fəaliyyətin uğurlu 
olması üçün düzgün məqsəd müəyyənləşdirmək, müvafiq qərar qəbul etmək son dərəcə 
vacibdir. Bu isə dünya haqqında hərtərəfli və düzgün təsəvvürlərə malik olmağı tələb 
edir. Onların məcmusu dünyagörüşü adlanır. Dünyagörüşü insana obyektiv rеаllıq və 
burada insanın yeri haqqında, insanın onu əhatə edən gerçəkliyə və özünə münasibəti 
haqqında sistemli biliklər verir. Onun məzmununa həm də bu biliklər əsasında 
formalaşan əqidə və ideallar, idrak və fəaliyyət prinsipləri, dəyər oriyentasiyaları 
daxildir.
Dünyagörüsü
- mürəkkəb, yekcins olmayan, çoxcəhətli və ziddiyyətli sosıal-
mənəvi və emosional-psixoloji fenomendir. Onun elmi, fəlsəfi, ümumbəşəri, milli, 
sosial-sinfi, siyasi, mənəvi, dini, ateist, esletik və digər çalarları vardır. Dünyagörüşü - 
insan həyatının özünəməxsus yol göstəricisi, şəxsiyyətin həyat mövqeyini 



istiqamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanm gerçəkliyə münasibətini əks 
etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial-mənəvi, elmi, siyasi 
prinsip, norma və baxışların məcmusudur. 
Dünyagörüşün mahiyyəti, struktur komponentləri, növləri və s. haqqında fəlsəfə 
elmində çoxlu fikirlər söylənilməsinə baxmayaraq, bu sahədə müəyyən ziddiyyətli, 
mübahisəli mövqelər indi də qalır.
Dünyagörüşü - insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə və 
cəmiyyətə münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında ümumiləşmiş 
görüşlər, ideallar, baxış, inam və prinsiplər sistemidir. Dünyagörüşü - fərdin, sosial 
qrupun, sinfin, bütövlükdə cəmiyyətin gerçəkliyə münasibəti və fəaliyyət istiqamətini 
müəyyən edən baxışlardır, ideya və normalardır. Başqa sözlə, dünyagörüşü - obyektiv 
dünyaya və orada insanın yeri və roluna aid baxışlardır. Bunlar elə baxışlardır ki, onlar 
insanın həyat mövqeyini, əqidəsini, ideya, idrak və fəaliyyətini, sərvət meylini 
əsaslandırır və istiqamətləndirir. 
Dünyagörüşü - təbiət, cəmiyyət və təfəkkürün hadisə və proseslərı, inkişaf və 
hərəkətverici qüvvələri haqqında ümumiləşmiş elmi, fəlsəfi, siyasi, dini, ateist, əxlaqi, 
estetik və s. baxışların ifadəsidir. Dünyagörüşün predmetində insan durur. 
Bir sıra filosofların qeyd etdiyi kimi, dünyagörüşün mahiyyətini aydın başa düşmək 
üçün onun obyektini və predmetini fərqləndirmək lazımdır. 

Yüklə 223,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin