12
Dünyagörüşü struktur baxımından inteqral mütəşəkkillikdir. Burada əsas cəhət
onun struktur komponentlərini sintezinin, birliyinin əldə edilməsidir. Bu mənada
dünyagörüşü gerçəklik haqqında ancaq biliklərin toplusu deyildir. Dünyagörüşdə
ideallar, əqidə, fəaliyyətdə müəyyən rol oynayır. Lakin
bitkin dünyagörüşü belə
komponentlərin vəhdəti, sintezi əsasında yaranır, bilik, sərvətlər, həyat oriyentiri
(meyli), əqidə və fəaliyyəti birləşdirərək insana nəzəri və əməli fəaliyyət üçün qüdrətli
bir silah verir.
Dünyagörüşün strukturunda dünyanı dərketmə prosesinin
müxtəlif səviyyələrini
əks etdirən dünyaduyumu, dünyanıqavrama, dünyanıanlama kateqoriyaları da
fərqləndirilmişdir. Bu anlayışlara dünyagörüşün formalaşması mərhələləri də demək
olar. Ümumiyyətlə, insan idrakının əsasında duyğu, hiss üzvlərinin (görmə, eşitmə,
iybilmə, dadbilmə, lamisə) verdiyi məlumatlar
seyr müşahidə durduğu kimi,
dünyagörüşün də əsasında dünyaduyumu durur. Dünyaduyumu gerçəkliyin bu və ya
digər konkret tərəf və cəhətləri, xüsusilə onun zahiri təzahürləri haqqında əldə edilən
hiss,
əhval-ruhiyyə, baxış, duyumdur. Bu mərhələdə predmetin konkret, ayrı-ayrı
cəhətləri haqqında görüşlər, hisslər, emosional hal - dünyaduyumu formalaşır.
Dünyanı qavrama isə predmet və hadisəni hissi bütöv halında qavrama
mərhələsidir, gerçəklik haqqında qavranılan baxışlar,
hisslər və təsəvvürlərin
məcmusudur, dünyanı dərketməyə aparan yoldur. Deməli, hisslər və əhval-ruhiyyə
səviyyəsində dünyagörüşün emosional-psixoloji cəhətini dünyaduyumu, gerçəkliyin
hissi bütövünün əyanı təsəvvürlər əsasında hissi-obrazlı qavranılmasını isə
dünyanıqavrama təşkil edir. Məhz duyma və qavramanın nəticəsində alınmış
informasiyaların təhlili, ümumiləşdirilməsi yolu ilə anlayışlar, mühakimələr, əqli
nəticələr, ümumi nəzəri baxışlar yaradılır, dünyagörüşün ıdraki-intellektual
səviyyəsi
olan dünyanıanlaına baş verir.
Dostları ilə paylaş: