tənqidi funksiyası
da vardır. Belə ki,
o bütün əvvəlki mədəni irsi,
mifoloji, dini təsəvvürləri, tarixi-fəlsəfi təlimləri tənqidi təhlil edib, yaradıcı
qiymətləndirməyə, mürəkkəb fəlsəfi problemlərin müasir həllini verməyə çalışmışdır.
Dünya haqqında yeni fəlsəfi baxışların hazırlanması prosesi,
həmişə müxtəlif növ
yanılmaların, gerçəkliyin dərk edilməsindəki səhvlərin, dinin, mövhumatın və i.a.
tənqidi təhlili yolu ilə baş verir. Tənqidi fəlsəfi təfəkkürün məqsədi yeniliyə mane olan
hər şeyin - ehkamçılığın, köhnəlmiş baxışların, zərərli mənəvi stereotiplərin tamamilə
aradan qaldırılmasından ibarətdir. Fəlsəfənin bütün inkişafı tarixi köhnəliyə qarşı
yeniliyin qələbəsi uğrunda necə mübarizə etdiyinə və özünün tənqidi funksiyasını necə
həyata keçirdiyinə dair zəngin nəzəri və konkret material verir.
23
N Ə T İ C Ə
Göründüyü kimi, get – gedə elmlərin ayrı –ayrı yeni sahələri (riyaziyyat, həndəsə,
coğrafiya, astronomiya, tibb və s.) əmələ gələrək fəlsəfə “elmlər elmindən” ayrılmışdır.
Bu zaman fəlsəfənin predmentində insanın dünya görüşü məsələsinin öyrənilməsi (“ilkin
əsas”, substansiya haqqında ideya, varlıq, maddi və mənəvinin münasibəti və s.) mühüm
yer tutmuşdur. Daha sonrakı
dövrlərdə fiziki, mexaniki, kimyəvi hərəkət
qanunauyğunluqlarının xüsusiyyətlərini öyrənən elmlərin yaranması
və müstəqil elm
sahələrinə çevrilməsi ilə fəlsəfənin predmet dairəsi daha da “məhdudlaşdı”. Bioloji və
ictimai elm sahələrinin yaranması və müstəqil inkişafı ilə sivilizasiya tarixində
“fəlsəfənin predmentinin yoxluğu”, onun “elmlər sistemindən çıxarılması” haqqında
ideyalar təbliğ olunmağa başladı. Son illərə qədər belə bir fikir yayılmışdır ki, fəlsəfənin
pred-menti və elmlər sistemində onun yeri yoxdur. Məs. B.
Rasselin fikrincə fəlsəfə
artıq “sahibsiz torpaqdır”, cəmiyyətdə dinin mövqeyi güclənəndə o, teologiyanın, elmin
mövqeyi güclənəndə isə o, elmin təsirinə düşür.
Gerçəkliyin belə ən ümumi inkişaf qanunlarından heç bir başqa elm deyil, məhz
fəlsəfə bəhs edir.
Fəlsəfənin predmetində duran problem dairəsinə bunlar daxildir: gerçəkliyə insanın
münasibəti; təbiət – insan münasibətləri; cəmiyyət – insan münasibətləri; insan – mənəvi
münasibətlər (gerçəkliyin dərk edilməsi məsələsi) və həmin qarşılıqlı münasibətləri
ifadə edən nəzəriyyə və baxışlar. Göründüyü kimi fəlsəfənin predmetində duran başlıca
problem insan və onun gerçəkliyə münasibətidir.
Fəlsəfəyə belə bir tərif vermək olar: fəlsəfə insanın
gerçəkliyə münasibətini
ümumiləşdirilmiş şəkildə əks etdirən ideyalar prinsiplər və qanunauyğunluqlar
haqqında, təbiətin, cəmiyyətin və təşəkkürün ən ümumi inkişaf qanunları haqqında
elmdir.
Fəlsəfə bir tərəfdən xüsusi qanunları və kateqoriyaları
vasitəsilə gerçəkliyi ən
ümumi və dolğun şəkildə əks etdirdiyi üçün spesifik elmdir; digər tərəfdən isə təbiət,
cəmiyyət və təfəkkürün ən ümumi qanunlarından
bəhs etdiyinə, insanın gerçəkliyə
ümumiləşmiş münasibətini əks etdirən ideya və təsəvvürlərin məcmusu olduğuna görə
dünyagörüşüdür. Fəlsəfə elm olmaqla yanaşı, daha çox dünyagörüşü, elmi dünyagörüşü
– metodoloji səciyyə daşıyan hümanitar elmdir.
Fəlsəfə özünün predmetində duran məsələləri ayrılıqda,
təcrid olunmuş halda
öyrənə bilməz. Materiya, hərəkət, zaman, məkan, şüur, cəmiyyət, dövlət və s. kimi
anlayışların fəlsəfi təhlilini vermək üçün təbiətşünaslığın (fizika, biologiya, kimya və s.)
və cəmiyyət haqqında elmlərin nailiyyətlərinə əsaslanmaq lazımdır.