Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   2   3   4   5   6   7   8   9   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

məzdəkilik
dini-təriqəti meydana çıxır. Xeyrin şər üzərində qəti 
qələbəsinə inanan və onu təbliğ edən məzdəkilik Odu Hörmüzün yerdə təzahürü hesab edir
oda sitayişi geniş yayırdı. Zərdüştlükdən fərqli olaraq, məzdəkilik ölünün dəfn edilməsinə 
icazə verir, Zərdüştün bir peyğəmbər kimi Hörmüzlə hökmdarlar arasında vasitəçi olması 
ideyasına qarşı çıxırdı. Günəş allahlarına etiqadı qəbul etməklə məzdəkilik bütpərəstliyə də yol 
verirdi. 
Avesta
(Qanun) - Vendidad, Yasna və Vispered adlı üç kitabdan ibarətdir. Vendidad 
(Videvdat "Divlər əleyhinə qanun") - şər qüvvələrin dəf edilməsinə yönəldilən qanun, Yasna 
("Dua etmə", "Sitayiş etmə") ibadət və qurban vermə mərasimi zamanı oxunan ayrı-ayrı 
qanunlar və Vispered (və ya Visprat -"hakimlərin hakimi", "Allahların hamısı") dua xarakterli 
mahnıları tərənnüm edən qanunlardır. Birinci iki kitabda toplanılmış dini mərasimləri əks 
etdirən mətnlər (yaştlar - himnlər) Avestanın ən qədim hissələri hesab olunurlar. Onlar 
müxtəlif vaxtlarda yaranmış, irili-xırdalı 21 hissədən ibarətdir. Yasnanın əsas məzmununu 
Zərdüştün lirikası (qatlar) təşkil edir. Vispered Yasnanın ayrı-ayn hissələrinə əlavələrdir. 
Avestanın əsas ideyası bundan ibarətdir ki, dünyada bir-birinə zidd olan qüvvələr 
arasında daimi mübarizə gedir. Dünyada mövcud olan bütün şeylər bu mübarizənin nəticəsində 
yaranır. Hər yerdə işıqla qaranlıq, həyatla ölüm, xeyirlə şər, ədalətlə haqsızlıq arasında 
mübarizə gedir. Zərdüştüiyə görə, xeyir Allahı Hörmüz (Ahura-Mazda) əvvəl-axır şər Allahı 
Əhrimən (Anhra-Manyuya) üzərində qələbə çalacaq, şər həmişəlik yox olacaq. Bununla belə, 
Avesta politeist və monoteist müddəalardan da xalis deyildir. Onun ən qədim parçalarında 
çoxallahlılıq, o cümlədən Günəşi, Ayı və ulduzları ilahiləşdirmək meyli, qatlarda isə, 
təkallahlılıq meyli güclüdür. Əhəmənilər dövründə (e.ə.VI-IV əsrlərdə) zərdüştilik rəsmi 
dövlət dini elan edildikdən sonra onun dualist və politeist cəhətləri arxa plana keçirilmiş, 
Hörmüz formasında tələffüz edilən Ahura-Mazda (Hikmət Ağa) bütün mövcudatın yeganə 
yaradıcısı, vahid Allah sayılmışdır. 
Avestadakı birinci yaşt (Himn) Ahura-Mazdaya (Hörmüzə) həsr olunmuşdur. Burada 
Hörmüzə alqış, Əhrimənə nifrət bildiriləndən sonra zərdüştilik etikasının əsas triadası ön plana 
çəkilərək and içmə formasında deyilir: "Xeyirxah fıkirlə, xeyirxah sözlə və xeyirxah əməllə 
xeyirxah fikri, xeyirxah sözü və xeyirxah əməli tərif edirəm. Bütün xeyirxah fikrə, xeyirxah 
sözə və xeyirxah əmələ çağırır, bəd fikirdən, bəd sözdən və bəd əməldən əl çəkirəm". 
Himndə daha sonra deyilir: "Həqiqət ən yaxşı xeyirxahlıqdır". Avestada başqa himnlər də 
mənəvi paklığa, ülviliyə çağırışdır. Orta Əsr müəlliflərinin fikrincə, məcusilikdə bütün söhbət 
işığın qaranlığa çulğalaşması səbəbini və işığın qaranlıqdan xilasolma səbəbini izah etmək 
qaydaları ətrafında gedir, çünki bir-birinə zidd iki əsas - işıq ilə qaranlıq dünyadakı mövcud 
şeylərin mənbəyidir. Din və fəlsəfə tarixçisi Məhəmməd Şəhrəstani (XII əsr) yazır: "Tərkiblər 
o ikisinin (işiq və qaranlığın) qatılığından hasil olmuş, surətlər müxtəlif tərkiblərdən meydana 
çıxmışdır. Xeyir və şər, mürvət və əskiklik, paklıq və xəbislik işıq və qaranlığın qatılığından 



törənmişdir. Onlar qarışmasaydı aləm mövcud olmazdı. O ikisi bir-birinə müqavimət göstərir, 
mübarizə edir, hətta işıq qaranlığa, xeyir şərə qalib gəlir". 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin