Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Azərbaycanda sufilik və hürufilik fəlsəfəsi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   16   17   18   19   20   21   22   23   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Azərbaycanda sufilik və hürufilik fəlsəfəsi. 
XI–XII əsrlərdə Azərbaycanda batinilik
ismaililik və sufilik cərəyanlarının yayılması sürətlənir. Həmin cərəyanların fəlsəfi ideyaları 
ölkədə həm mənəvi mədəniyyətin, həm də sosial həyatın müxtəlif sahələrinə fəal təsir 
göstərmişdir. Əsasən, XI–XII əsrlərdən başlayaraq adı çəkilən cərəyanların nəzəri təlimləri, 
Sovet dövrü istisna olmaqla, Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrində geniş yer tutmuşdur. 
Azərbaycanda əsrlər boyu ezoterik fəlsəfi təlimlər və ilk növbədə, sufi fəlsəfəsinin nəzəri 
əsasları haqqında əsərlər yazmış alim-mütəfəkkirlər olmuşlar. Onların əksəriyyəti dünyəvi 
təhsil almış və fəlsəfi problemlərə əsasən vəhdət əl-vücud adı altında tanınan və dünya fəlsəfi 
düşüncəsi üçün universal fenomen olan panteizm mövqeyindən yanaşmışlar. Onlar Allahın və 
ilahiləşdirilmiş varlığın sirlərinin irrasional dərkinə üstünlük versələr də, bir çox hallarda 
varlığın rasional dərkini inkar etməmiş, mədəniyyət tarixində dünyəvi elmlərin dərin bilicisi 
kimi də tanınmışlar. XI–XII əsrlərdə Azərbaycanda qeyri-ortodoksal sufilik fəlsəfəsinin 
yaradıcıları dünya mədəniyyəti tarixində tanınmış Baba Kuhi Bakuvi (948–1050), Eynəlqüzat 
Miyanəci (1099–1131), Əxi Əbü-l-Fərəc Zəncani və mötədil sufiliyin yaradıcılarından olan 


21 
Şihabəddin Əbuhəfs Ömər ibn Məhəmməd Sührəvərdi (1145–1234) və b. fəlsəfi irsi olmuşdur. 
XIV əsrdə yaşamış Azərbaycanlı filosof 
Sədəddin Mahmud Əbdülkərim oğlu 
Şəbüstəri Təbrizi
(1287-1320) Sufi–panteist mütəfəkkiridir. Özünün xəbər verdiyi kimi o, 
Misir, Şam və Hicaz ölkələrinə səfər etmiş, kəndbəkənd, şəhərbəşəhər gəzmiş, hər yerdə 
adamlar və şeyxlərlə görüşmüş, elmi axtarışlarda olmuşdur. 
Mütəfəkkir Sufizmə və onun fəlsəfəsinə aid “Dünyaların ağasını dərk etməyə dair 
yəqinliyin həqiqəti”, “Həqiqət axtaranların güzgüsü”, “Sirlər gülşəni” və “Səadət kitabı” 
əsərlərini yazmışdır. Şəbüstəri olduqca məşhur şair və filosof olmuşdur. Mahmud Şəbüstərinin 
1317-ci ildə qələmə aldığı “Sirlərin gülşəni” kitabında başlıca ideya varlığın vəhdətinin 
poetikcəsinə əsaslandırılmasıdır. M.F.Axundov bu fəlsəfi poemadakı mütərəqqi fikirləri yüksək 
qiymətləndirmişdir. Dünya şöhrəti tapmış “Sirlər gülşəni” fəlsəfi poeması tanınmış 
mütəfəkkirlər tərəfindən şərh edilmiş, fars, eləcə də rus, ingilis, alman, fransız və türk 
dillərində çapdan çıxmışdır. 
“Sirr gülşəni” əsərində şair və filosofun dünyagörüşünün sufi–panteist tendensiyası öz 
əksini tapmışdır. M.Şəbüstərinin fikrincə, insan təkcə allah ilə deyil, bütün aləm onun müxtəlif 
təzahürü ilə eynidir, vəhdətdədir. Filosof panteizmi inkişaf etdirmiş, allah, insan və təbiəti eyni 
təzahürlər saymışdır. Qədim yunan fəlsəfəsi ilə dərindən tanış olmuşdur. Əslində antik fəlsəfə 
Şərq fəlsəfəsi ilə birlikdə onun yaradıcılığının ideya mənbəyi olmuşdur. Qeyd etmək lazımdır 
ki, dini qəbul edən Şəbüstəri çox vaxt ona əsaslanmışdır. Eyni zamanda o, bir sıra hallarda 
ortodoksal ehkamlarla razılaşmamış və tez– tez onları kəskin surətdə tənqid etmişdir. Dünyanın 
daxili və xarici hissədən ibarət olduğunu irəli sürən Şəbüstəri xarici hissəni planet və 
elementlərlə, minerallar, bitkilər və heyvanlarla əlaqələndirmişdir. Daxili hissəni isə ruhlar və 
əqllər aləmindən ibarət hesab etmişdir. İnsanlarda həm daxili, həm də xarici hissələr vardır. 
İnsan dünyanın mövcudluğu nümunələrindən biridir. Ümumiyyətlə, Mahmud Şəbüstəri 
Azərbaycan ictimai fikrində olduqca əhəmiyyətli mövqeyə malik olmuşdur. 
XIV əsrdə Azərbayçanda 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin