Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   12   13   14   15   16   17   18   19   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Azərbaycanda İslam panteizmi. 
Panteizm
(pan – bütün, teos – Allah deməkdir. "Hər 
şey allahdır" mənasında işlənir.) — kainatı bütövlükdə Tanrı kimi qəbul edən fəlsəfi 
düşüncədir. Panteizmdə hər şeyi tanrının bir hissəsi olaraq qəbul edilir, tanrı hər şeydir və hər 
şey tanrıdır. Allah təbiətdə və ya əksinə təbiət Allahda birləşir. Panteizmə görə Tanrının 
kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. Tanrı təbiətdə, həyatda, insan dünyasındadır.
 
 

Eynəlqüzat Miyanəçinin fəlsəfəsi baxışları. 
XII əsrdə sufizmdə (mistika) panteizmə 
(allahı təbiətlə eyniləşdirən dini fəlsəfi dünyagörüşü) meylin gücləndiyi şəraitdə Azərbaycan 
filosofu 
Eynəlqüzat Abdulla Miyanəçi
(1099-1131) özünün mükəmməl fəlsəfi sistemini 
yaratmışdır. O, Ömər Xəyyam və başqa görkəmli alimlərdən təhsil alıb, səmərəli yaradıcılıq 
yolu geçmişdir. Filosofun iyirmi dörd yaşına qədər yazdığı əsərlərdə ədəbiyyat, hədis, təfsir, 
hüquq, kəlam, habelə peripatetizm məsələləri əsas yer tutur. Eynəlqüzat Miyanacçinin ondan 
sonra qələmə aldığı «Həqiqətlərin məğzi» (“Zübdat əl-həqaiq”), «Müqəddimələr” (“əmhidat”) 
və “Qəribin şikayəti” (“Şəkva əl-qərib”) kitablarında sufizmin müxtəlif aspekləri 
işıqlandırılmış, ona bitkin fəlsəfi məzmun verilmişdir. 
E.Miyanəçinin panteist fəlsəfəsində “varlıq bütün mövcudatı ehtiva edən ümumi 
qisimlərə bölünür”. Burada ayrı-ayrı şeylər aləmi eyni zamanda bütövlükdə həm vahid, həm də 
çox olan mütləq sonsuz varlığın – Allahın xarici təzəhürləridir. Filosof bunu belə bir misalla 
aydınlaşdarır: “Bil ki, Günəş vahid olsa da ondan çıxan şüalar çoxdur. Haqdır ki, deyilə: Günəş 
çoxdur, şüalar isə vahiddir”. 


18 
E.Miyanəcinin təsəvvüründə Allah saysız-hesabsız atributlara malik substansiyadır. 
Bununla belə, atributlar yalnız substansiyadan deyil, həm də bir-birindən ayrılmazdır. O deyir: 
“Bu atributlar mövcudatın nisbətlərinin saysız-hesabsızlağına görə saysız-hesabsızdır”. 
Panteist filosof 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin