Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Nəsrəddin Məhəmməd oğlu Tusinin (1201-1274) dünyagörüşü



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   11   12   13   14   15   16   17   18   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Nəsrəddin Məhəmməd oğlu Tusinin (1201-1274) dünyagörüşü.
Orta əsr Şərqində həm 
böyük ensiklopediyaçı alim, həm də görkəmli filosof kimi ad-san qazanmışdır. İbn Yusif, 
Şəmsəddin Xosrov, Şahi Təbrizi (1184-1252) və başqalarından mükəmməl təhsil almış 
Nəsrəddin Tusi riyaziyyata, astronomiyaya, optikaya, mineralogiyaya və digər elmlərə dair 
dəyərli əsərlərlə yanaşı məntiqə, fəlsəfəyə, etikaya dair də orijinal traktatlar yazmışdır. İbn Əl-
İbri Nəsrəddin Tusini “Marağada rəsədxana sahibi, bütün fəlsəfi elmlərdə şəni olan böyük 
filosof” kimi təqdim edərək yazır: Onun məntiqə, təbiətə, metafizikaya, evklid həndəsəsinə aid 
çoxlu əsərləri vardır, farsca “Etika” kitabı son dərəcə yaxşıdır”. 
Nəsrəddin Tusinin yaradıcılığında “Etika”, “Mövcudatın bölgüsü və onun cisimləri” və s. 
fəlsəfi əsərlər mühüm yer tutur. İbn Sinanın “İşarələr və qeydlər» kitabına yazılmış şərh 
xüsusilə qiymətlidir. Filosof ağır şəraitdə Ələmut qalasında həbsdə olarkən onun üzərində 
işlədiyini qeyd edir. Burada İbn Sinanın mütərəqqi fəlsəfi fikirləri ortodoksal islam 
ideoloqlarının hücumlarından nəzakətlə qorunur, inkişaf etdirilir. Varlıq təlimi, idrak 
nəzəriyyəsi və məntiq Nəsrəddin Tusinin fəlsəfi sistemində bir-birilə üzvi surətdə bağlıdır. 
Onun varlıq tə'limində təbiətşünaslıq məsələlərinin şərhi geniş yer tutur. Məşhur ərəb tarixçisi 
və sosioloqu İbn Xaldun (1332-1406) orta əsrlərdə təbiət elminin inkişafından danışarkən İbn 
Sinanın görkəmli davamçısı kimi Nəsrəddin Tusinin adını çəkmişdir.
Nəsrəddin Tusinin idrak nəzəriyyəsində duyğuların və əqlin rolu eyni dərəcədə yüksək 
qiymətləndirilir. Filosof hissləri, duyğuları idrakın mənbəyi hesab etməklə Aristotelin və Şərq 


17 
peripotetiklərinin materialist ideyalarını davam etdirmişdir. O, öz kitabında yazır: “... Duyğu 
ayrılıqda ümumi rəy ifadə etmir, amma məlum olmalıdır ki, ümumi və ayrıca elmlərin 
qapılarının açarı duyğudur”. Dünyanın dərk olunmasını elmi şəkildə izah edən böyük 
mütəfəkkir idrak prosesinin dialektikasını seçə bilmişdir. O, yazır: “Şeylərin dərk olunması bir 
dəfə başa gələn iş deyildir, əksinə, qüvvə və zəiflik, aşkarlıq və məxfilik, xüsusilik və 
ümumilik, kamillik və qeyri-kamillik sarıdan mərhələlərə malikdir”. 
Filosof göstərir ki, insanlar çox elm öyrənib, çox biliyə yiyələndikcə onların əqli 
yetkinliyi, idrak qabiliyyəti artır. 
Marağa rəsədxanasındakı fəaliyyəti Nəsrəddin Tusiyə dünya şöhrəti gətirmişdir. O, oraya 
yaradıcı alimləri və filosofları dəvət etmiş, onların işləmələri üçün hər cür şərait yaratmışdır. 
1266-cı ildən Nəsrəddin Tusi ilə bir yerdə çalışan Azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr 
Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içi boş yer kürrəsi modeli də varmış. 
Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Təəssüf ki, elm aləmində elə 
hesab edirlər ki, ilk coğrafi qlobusu guya alman alimi Martin Bahaym (1459-1507) 
hazırlamışdır. Nəsrəddin Tusi Marağa rəsədxanasında çalışan alimlərdən bir çoxuna dərs 
demişdir. Nəcməddin Katibi Qəzvini (1203-1277), Şəmsəddin Şirvani (?-1300), Qütbəddin 
Şirazi (1236-1311) və başqa təbiətşünas alimlər, məntiqçi filosoflar, bilavasitə Nəsrəddin Tusi 
məktəbinin yetirmələridir. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin