Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


XV–XVIII əsrlər Azərbaycan fəlsəfəsinin xüsusiyyətləri



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   19   20   21   22   23   24   25   26   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

XV–XVIII əsrlər Azərbaycan fəlsəfəsinin xüsusiyyətləri. 
XV– XVIII əsrdə 
Azərbaycan tarixinin ən mürəkkəb dövrüdür. Teymur imperiyasının süqutu, Səfəvilərin 
hakimiyyətə gəlməsi, ardı– arası kəsilməyən müharibələr, dağıntılar, iqtisadi böhranlar heç də 
mədəniyyət, elm və fəlsəfənin inkişafının qarşısını kəsə bilməmişdi. Sufilik, hürufilik və s. 
cərəyanlar inkişaf edib yayılırdı. Bu dövrdə islam ideologiyası hakim ideologiya kimi özünü 
tam şəkildə təsdiq edirsə də, müxtəlif ideyalar da münbit zəmin əldə edən kimi inkişaf 
edirdilər. İslama qarşı çıxan bidətçilik və mötədillik ideyaları geniş yayılmışdır. Bu dövrdə 
hürufilik, xəlvətilik təriqətləri sufizm zəminində yaranıb inkişaf etmişdir. Həmin dövr müxtəlif 
ideoloji cərəyanlar və təlimlər arasında gərginləşən ziddiyyətlərin həll edilməsi onlara 
yaxınlaşma prosesini gücləndirir, ideologiyada sinkretizm yaradırdı. XV– XVI əsrlərdə sufilik, 
işraqilik, kəlam, peripatetizm cərəyanlarından, demək olar ki, heç biri əvvəlki əsrlərdə malik 
olduğu məzmunu xalis şəkildə saxlamamışdı. Z.Məmmədovun fikrincə, həmin dövrdə 
universal yaradıcılıq yoluna qədəm qoymuş filosof və mütəfəkkirlərin elmin bütün sahələrinə 
aid yazdıqları müxtəlif mövzulu əsərlər tədqiqatdan daha çox təbliğat səciyyəsi daşıyırdı. 
Burada, ilk növbədə, sanki mövcud elmləri yaşatmaq, onu daha anlaşıqlı, dövrün tələbinə 
uyğun şəkildə yeni nəslə çatdırmaq məqsədi güdülürdü.
 
XV əsrdən başlayaraq bu filosofların 
əksəriyyətinin yaradıcılığında şərhçilik daha geniş yer tuturdu. 
XV əsrdən etibarən Azərbaycanda yayılan təriqətlərindən biri də mötədil sufi baxışlarını 
təmsil edən xəlvətilik olmuşdur.


24 
Xəlvətilik 
öz adını ərəb sözü olan "xəlvət"dən götürüb. 
Xəlvət
- insanların görmədiyi, 
gizlin, yalnız qala biləcəyin yerdir. Xəlvətə çəkilmək, Yaradanla baş-başa qalmaq İslamdan 
öncə də mövcud olmuşdur. Hələ Məhəmməd peyğəmbərin gənc yaşlarında Hira mağarasına – 
xəlvətə çəkilərək saatlarla, bəzən günlərlə Tanrını düşünməsi haqqında qaynaqlar var. Ünlü 
İslam filosofu və sufisi Muhyiddin ibn Ərəbi (1165-1245) xəlvətə çəkilməyi belə izah 
edir: 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin