Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   21   22   23   24   25   26   27   28   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Seyid Yəhya Bakuvinin
böyük xidmətləri olmuşdur. Sırf Türk –İslam sufi cərəyanı kimi meydana gələn Xəlvətiliyin 
digər özəlliyi isə sünniliyin və şiəliyin sintezi kimi çıxış etməsi olmuşdur. Bu təriqətdə həm 
sünnə, həm də İmam Əli və əhli-beyt sevgisi təbliğ edilir. 
Xəlvətilik XV əsrin ilk rübünə qədər mərkəzi Şamaxı olmaqla Şirvanda fəaliyyət göstərən 
məhəlli bir təriqət idi. Ancaq təriqət, bu dövrdə Şamaxıdan Bakıya gələn gənc bir sufi şeyx 
tərəfindən yeni bir mərhələyə qədəm qoydu. İmam Musa Kazım nəslindən, Şirvanşahlar 
dövlətində Nəqibül-əşraf vazifəsində olan Seyid Bəhaəddinin oğlu Seyid Cəmaləddin Yəhya, 
Xəlvətilərin yeni mürşidi oldu. Şamaxıda soylu və zəngin bir ailədən gələn Seyid Yəhya, daha 
cavan vaxtında atasının sahib olduğu var-dövlətdən üz çevirərək sufilik yolunu seçmişdi. 
Şamaxı mədrəsələrində elm təhsil edən Yəhya, eyni zamanda güclü təsirə sahib xəlvəti mürşidi 
şeyx Sədrəddinin təkkəsinə davam edərək burada mənəvi elmlərdə də tərbiyə və tədrisini 
tamamladı. Şeyxi Sədrəddin ölmədən az əvvəl onu yerinə şeyx təyin etdiyi zaman hələ otuz 
yaşı yox idi. Yaşlı müridlər onun gənc olmasını bəhanə edərək etiraz etdilər və o Şamaxını tərk 
edərək (təxminən 1420-ci illərdə) Bakıya gəldi. Seyid Yəhya Bakıya gəldiyi əsnada Şirvanşah 
Xəlilullah xan hakimiyyətdə idi və paytaxt da müvəqqəti olaraq Bakı olmuşdu. Seyid Yəhya 
Xəlilullah xanın himayəsində xəlvətiliyin xanəgahını burada, Şirvanşahın sarayı yanında təsis 
etdi. Qaynaqlar adil bir idarəçi olan Xəlilullah xanın ona böyük hörmət və yardım göstərdiyini 
qeyd edirlər. Onların aralarındakı səmimi münasibətin dərəcəsini göstərən əlamətlərdən biri də 
yazdığı “Kəşful-Qulub” əsərini Xəlilullah xana ithaf etməsidir. Seyidin dərgahı ətrafında onun 
tərəfindən tikilən məscid, türbə və digər abidələr də bu əlaqəni aydın şəkildə göstərməkdədir. 
Məhəmməd Qarabaği.
M.Qarabaği Azərbaycan filosofu və ilahiyyatçıdır. XV əsrin 
ikinci yarısında Qarabağda doğulmuşdurub. O, hənəfilik məzhəbi üzrə hüquqşünas 
olduğundan, “Hənəfi” adı ilə tanınıb.
Qarabağinin fəlsəfəyə dair “Elmin və idrakın mahiyyətinin təhqiqinə aid traktat”ı və digər 
şərhləri 1963-cü ildən Qahirənin “Xədiviyyə” kitabxanasında saxlanılır. Türkiyənin Darül 
Məsnəvi, Carullah kitabxanalarında saxlanılan əlyazma topluları da məşhurdur. Azərbaycan 
filosofunun Siracəddin Əli Uşi Fərqaninin (12 əsr) ilahiyyata dair “İmamların başlanğıcı” 
əsərinə həsr etdiyi şərhlə Mustafa ibn Yusif Müstarinin 1691-ci ildə öz əli ilə yazdığı haşiyə 
Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kitabxanasında saxlanılır. 
M. Qarabaği gah peripatetikləri, gah mütəkəllimləri tənqid etmiş, bəzən birinə, bəzən də 
haqq qazandırmış, nəticə etibarilə, barışdırıcı mövqe tutmuşdur. Qarabağinin ontoloji görüşləri 
varlığın vacib və mümkün qisimlərə bölünməsi, Vacib Varlığın isbatı kimi məsələlərin 
şərhində ortaya çıxır. “Filosofların təkzibi” əsərində Fərabi, İbn Sina, Bəhmənyar və s. 
peripatetiklərin, Ə.Qəzali, Fəxrəddin Razi, Əzüdəddin İci və digər filosofların ideyaları 
zəminində 
maraqlı fəlsəfi ümumiləşdirmələr aparmışdır. Qarabaği peripatetiklərlə 
mütəkəllimlər arasında fikir yaxınlığı yaratmağa çalışmışdır. O, Allahın fəaliyyətində hikmət, 


26 
məsləhət, iradənin üstün olduğunu geniş şəkildə izah etmişdir. Peripatetik müddəaları 
sxolastların əqidəsinə uyğunlaşdırmağa çalışmışdır. 
XVI əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafında dünya şöhrətli şair Məhəmməd 
Füzulinin böyük xidməti olmuşdur. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin