Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, A.Topçubaşov, Q.Vəzirov



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   29   30   31   32   33   34   35   36   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, A.Topçubaşov, Q.Vəzirov
və b. olmuşlar.
Abbasqulu ağa Bakıxanov Qüdsi
1794-cü ildə Bakının Xilə (indiki Əmircan) kəndində 
anadan olmuş, ilk təhsilini burada almış, sonra Qubaya atasına məxsus olan Əmsar kəndinə 
köçmüş, bir sıra Şərq və rus dillərini, ilahiyyat, ədəbiyyat və fəlsəfə elmlərini öyrənməyə 
başlamışdır. Sonradan o, Tiflis şəhərində işləmiş, 1828-ci ildə baş komandanın dəftərxanasında 
Şərq dilləri üzrə tərcüməçi işləmiş, hərbi xidmətdə polkovnik rütbəsinə qədər yüksəlmişdir. 
Abbasqulu ağa Bakıxanov 1826-1829-cü illər Rusiya, İran və Türkiyə müharibələrində, 
Türkmənçay sülh müqaviləsinin bağlanılmasında iştirak etmiş, Polşada, Peterburqda olmuş, 
1835-ci ildə Qubaya qayıdaraq orada "Gülüstan" adlı ədəbi məclis düzəltmiş, elmi və ədəbi 
yaradıcılıqla məşğul olmuşdur. O, 1846-cı ildə Məkkə ziyarətinə getmiş, bir neçə ay sonra isə 
Təbrizə, Tehrana, İstanbula, Ərəbistana səyahət etmiş, 1847-ci ildə Məkkə və Mədinə şəhərləri 
arasında yerləşən Fatimə vadisində vəfat etmişdir. 
Abbasqulu ağa Bakıxanovun "Qüdsün bağları", "Müxtəsər qrammatika", "Qəribəliklərin 
kəşfi", "Əxlaqın islahı", "Tərəzinin mahiyyəti", "Kainatın sirrləri", "İşıqlar taxçası", 
"Gülüstani-İrəm" adlı əsərlərində dilçilik, məntiq, əxlaq, tarix, fəlsəfə, psixologiya, coğrafiya 
və digər elmlərdən, onların öz dövrü üçün aktual problemlərindən söhbət salınır, onlara 
müəllifin öz münasibəti bildirilir və mühüm tövsiyələr verilir. 
A. Bakıxanovun yaradıcılığında onun 1841-ci ildə yazdığı "Gülüstani-İrəm" əsəri mühüm 
yer tutur. Bu əsərdə Azərbaycanın və Dağıstanın qədimdən 1813-cü ilə qədərki tarixinin 
mənbələr əsasında şərhi, müxtəlif tarixi dövrlərin siyasi xarakteristikası verilmiş, ölkənin 
mədəni tarixi həyatı məsələləri işıqlandırılmışdır. Bakıxanov bu əsərdə tarixə sadəcə 
rəvayətlər, hekayətlər toplusu kimi yanaşmamış, tarixin mənasından, onun bəşəri yaddaş və 
əxlaqi bir elm olmasından bəhs etmişdir. O, göstərmişdir ki, tarix insan nəsilləri arasında, 
müxtəlif xalqlar arasında mövcud olan əlaqənin saxlanmasının ən böyük vasitəsidir. Ona görə 
də tarixə, onun öyrənilməsinə faydalı bir məşğələ kimi yanaşmaq lazımdır. 
Abbasqulu ağa Bakıxanovun dünyagörüşü islama uyğunlaşdırılmış klassik fəlsəfə 
əsasında təşəkkül tapmışdır. O, hikmətin (fəlsəfənin) məqsədini təhsil və maariflənməkdən 
ibarət saymışdır.
 
Bununla yanaşı, o, varlığın peripatetizm və panteizmdə araşdırılan ən ümumi 
prinsiplərini islam ehkamlarının izahı kimi təqdim etmişdir. Onun fikrincə, varlığın vaçib və 


35 
mümkün varlığa bölünməsi, vahiddən çoxun çıxarılması, çoxun təkdən törənməsi təhqiqat və 
hekayət əsərlərindən formalaşmışdır. Əslində isə vahiddən zəruri surətdə törəmə Allahın 
yaradıcılıq işindən başqa bir şey deyildir. Allahın əvvəlcə yaratdığı varlıq dunyada şeyləri tam 
əhatə etmək noqteyi-nəzərdən əql (ağıl), işləri nizamlamaq baxımından qələm, ilkin və son 
olması baxımından işıq və ya nurdur

Allahın vahidliyini onun təkliyindən ibarət sayan 
A.Bakıxanov yazır ki, "çoxluğun mövcudluğuna baxmayaraq, o, öz vahidliyində qalır. 
Dəyişiklik yalnız onun zahiri təyinlərində olur, özü isə zaval tapmaz." "Onun özundən başqa 
hər şey məhv olacaqdır" ayəsini bu münasibətlə təkrarlayan A.A.Bakıxanov dini və fəlsəfi 
təfəkkurün eyniyyətindən çıxış etmiş, Allahı hər şeyi özündə ehtiva edən varlıq kimi 
əsaslandırmağa çalışmışdır. 
A.Bakıxanov fəlsəfəni metafizika ilə eyniləşdirməklə əslində Aristotelçilik mövqeyində 
durmuş, varlıq və yoxluğun nisbətində dünyanı bir haldan başqa hala keçən proses kimi 
təsəvvür etmişdir. Onun fikrincə, varlıqda yoxluq bir haldan başqa hala keçmək deməkdir. 
Bütün şeylər bir şəkildən başqa şəklə girmək üçün həlak olur. Lakin bu dəyişiklik mütləq 
aləmin intizamı dairəsindən kənara çıxmaz.
O, eyni zamanda dünyanın quruluşundan, səma cisimlərinin meydana gəlməsi və ondakı 
dəyişikliklərdən də bəhs etmiş, hərəkəti Kainatdakı bütün dəyişikliklərin əsası adlandırmışdır. 
Astronomiyadakı iki nəzəriyyəyə münasibətini bildirərkən A.A.Bakıxanov düzgün elmi 
mövqedə dayanaraq N. Kopernikin heliosentrik sistemini müdafiə etmişdir. O, göstərirdi ki, 
Kopernikin heliosentrik nəzəriyyəsi sanballı dəlillərlə əsaslandırıpmışdır, o, Quran ayələri ilə 
də müdafiə oluna bilər. Onun fikrincə, "kəhkəşanda günəşdən savayı ulduzlar çoxdur. Hər bir 
səyyarə özü bir aləmdir. Bizim aləmimiz də həmin səyyarələrdən biridir." 
A.A.Bakıxanov özünün məntiqə dair fikirlərini "Tərəzinin mahiyyəti" ("Tərəzi gözü", 
"Eyn-əl-Mizan") əsərində ifadə etmişdir. Əsərin "Tərəzinin gözü" adlandırılması ondan irəli 
gəlir ki, məntiq də fikirləri tərəzi gözü kimi çəkir, onun düzgünlüyü və ya yalanlığı dərəcəsi 
yoxlanılır. O, məntiqi peripatetizm istiqamətində anlayaraq onun əhatə etdiyi problemləri 
təsəvvurlər və təsdiqlər
 
olmaqla iki yerə bölür, onların hər birisinin mə'na və məzmununu açıb 
göstərir. Onun fikrincə, muhakimələr və ya hökmlər təsdiqin başlanğıcları (muqəddimələri), 
sillogizm (əqli nəticə) və onun növləri isə təsdiqin məqsədləridir.
 
O, eyni zamanda 
mühakimələri qəti və şərti olması nöqteyi-nəzərindən öyrənmiş, qəti mühakimələri birləşdirici 
və bölücü mühakimələr növləri kimi araşdırmışdır. 
A.A.Bakıxanovun fəlsəfi dünyagörüşü onun əxlaqa, etikaya dair fikirləri ilə başa çatır. O, 
əxlaqa saflığı və kamilliyi həqiqətdə axtararaq göstərir ki, "ürəyin aynası küdurətin pasından 
təmizləndikdə bütün şeylərin həqiqətini əks etdirən və haqqı göstərən bir güzgüyə çevrilir." 
"Ürək nəfsini pisliklərdən təmizlənsə, Allahın işıqlarını əks etdirər". O, insana cəmiyyətdə 
yaşayıb fəaliyyət göstərən, öz ağlı və iradəsi ilə sərbəst hərəkət edən varlıq kimi yanaşaraq 
göstərir ki, o, cəmiyyət qarşısında məs'uldur, öz öhdəsinə düşən borcları, vəzifələri 
unutmamalıdır. Onun fikrincə, insan həmişə yaxşılıq etməyə çalışmalı, öz əxlaqını təmizləyib 


36 
islah etməlidir. Çünki bilik əldə etməyin məqsədi yaxşılıqdan ibarətdir. Onsuz görülən iş 
bəhrəsiz ağac kimi bir şeyə bənzəyər. 
Abbasqulu ağa Bakıxanova görə xeyirxahlığın, yaxşılığın, müsbət əxlaqi keyfiyyətlərin 
ölçüsü ədalət və insafdır.
Abbasqulu ağa Bakıxanov əməksevərlik, təvəzökarlıq, düzlük, mənəvi saflıq və digər 
müsbət kamilliyə nail olmaqda elmin, maarifin roluna böyük üstünlük vermişdir. O, əxlaqda 
rasionalizmə istinad edərək göstərmişdir ki, insan öz davranış qaydalarını düşünüb seçməli, bu 
işdə ağlın gücünə arxalanmalı, ağılla elmdən böyük bir sərvətin olmadığını dərk etməlidir. 
XIX əsrin görkəmli mütəfəkkir, maarifçi və alimlərindən biri də, yaradıcılığı ilə 
Azərbaycan və rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq universitetlərinin 
professoru 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin