Sual 3. Azərbaycan maarifçilik fəlsəfəsi.
Azərbaycan maarifçilik fəlsəfəsinin mahiyyəti, onun nümayəndələri.
XVIII əsrin sonu
XIX əsrin əvvəllərində Azərbaycandakı ictimai-fəlsəfi fikir sosial-tarixi şərait və ictimai
varlığın inikası olmaqla ziddiyyətli səciyyə daşıyırdı. Belə ki, bu dövrdə Azərbaycanda
mürəkkəb ictimai-siyasi şərait mövcud idi: xanlıqlar öz müstəqilliklərini itirir, İran və Rusiya
dövlətlərinin qəsbkar müharibələrinin meydanına çevrilir, talan və qarət edilirlər; digər tərəfdən
isə yadelli işğalçılara, feodal zülm və əsarətinə qarşı xalqın etirazı və azadlıq mübarizəsi
hərəkatı güclənirdi. Bakıda və başqa iri şəhərlərdə kapitalist münasibətləri formalaşmağa
32
başlayırdı. XVIII əsrin sonu və XIX əsrin ortalarınadək olan dövrdə Azərbaycan ictimai-fəlsəfi
fikrinin xüsusiyyətlərini aşağıdakı kimi ümumiləşdirmək mümkündür:
Birincisi,
bu dövrdə ictimai fikirdə Azərbaycanın işğal edilib Rusiyaya birləşdirilməsi
nəticəsində ziddiyyətli meyllər, ideyalar özünü göstərirdi: bir tərəfdən, ictimai-fəlsəfi fikirdə
köhnə feodal ictimai münasibətlərini, milli ənənə və milli sərhədləri qoruyub saxlamaq, "milli
özünəməxsusluğu" hifz etmək baxışları altında yeni ideoloji istiqamət güclənirdi, digər tərəfdən
isə ideoloji həyatda Rusiya mənəvi mühiti ilə yaxınlaşmaq, təhsil və maarifin dünyəviləşməsi
baxışlarım təbliğ etmək, Rusiya vasitəsi ilə də Avropa mədəniyyəti nümunələri ilə tanış olmaq
nəticəsində mənəvi-ideoloji fikirdə rus və avropapərəstlik meylləri yaranır və getdikcə
güclənirdi.
İkincisi
, bu dövrdə ictimai-fəlsəfi fikirdə islam ehkamçılığının, müsəlman ilahiyyatının
güclü təsiri xüsusilə hiss olunmaqda idi.
Üçüncüsü,
XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikrində
maarifçilik ideyaları da əmələ gəlmiş və getdikcə qüvvətlənmişdi. İdeoloji həyatda yanlış
olaraq əsasən Avropa hadisəsi kimi qələmə verilən maarifçilik baxışları Azərbaycanda XIX
əsrin birinci rübündən təşəkkül tapmağa başlamışdı. Maarifçilik bir ideoloji-fəlsəfi fikir
cərəyanı kimi tarixən feodalizmin ziddiyyətlərinin kəskinləşdiyi və kapitalist münasibətlərinin
formalaşdığı dövrün məhsuludur. Bu, feodal əsarətinə, cəhalətə, mövhumata, təhkimçilik
münasibətlərinə qarşı etiraz əlaməti olaraq biliyin, təhsilin azadlıq, hüquq bərabərliyi
ideyalarının və digər mütərəqqi mənəvi-mədəni prinsiplərin geniş təbliğinə və onların
qərarlaşması nəticəsində daha mütərəqqi, sosial ədalətə əsaslanan cəmiyyət
quruluşuna nail
olmağa çağıran sosial-fəlsəfi baxış idi. Maarifçilərə görə cəmiyyət haqqındakı sosial
ədalətsizliyi, zülm və bərabərsizliyi hökmdarın rəiyyətə qədər hamının maariflənməsi
nəticəsində arada qaldırmaq mümkündür.
Bəzi tədqiqatçılar Azərbaycanda maarifçilik baxışlarının formalaşması dövrünü, onun
inkişafının birinci mərhələsini XII-XIII əsrlərlə əlaqələndirirlər. Düzdür, həmin dövrlərdə də
Azərbaycan intibahı ilə əlaqədar insanları təhsilə, maarifə çağıran baxışlar olmuşdur, lakin
onları maarifçilik fəlsəfəsi cərəyanının ilkin dövrü kimi səciyyələndirmək o qədər də düzgün
olmazdı. Çünki bütün ölkələrdə zəkanın, biliyin təntənəsinə, sosial ədalət, azadlıq və bərabərlik
ideyalarının reallaşmasına çağırış, kapitalist istehsal üsulunun qərarlaşması ilə meydana
çıxmışdır. Bu, feodalizmin möhkəmlənməsi deyil, dağılması prosesinin doğurduğu fəlsəfi-
ideoloji baxış idi. Azərbaycanda isə həmin tarixi proses - XVIII əsrin sonlarından başlayaraq
XX əsrin əvvəllərinədək davam etmişdir. Odur ki, Azərbaycan maarifçiliyini əsasən XIX əsr
hadisəsi hesab etmək tarixi həqiqətə daha çox uyğun olardı. Maarifçiliyə, öz sosial-siyasi
istiqamətinə görə, kapitalist münasibətlərinin formalaşmağa başladığı dövrün ilkin burjua və
antifeodal ideologiyası kimi baxılmalıdır. Məhz həmin tarixi şərait feodal mütləqiyyətinə, dini
fanatizmə qarşı XVIII əsrin "qəti inqilabçı" fransız maarifçilik istiqamətini (Volter, Didro,
Helvetsi, Holbax və b.) doğurmuşdur. Maarifçiliyin başlıca xüsusiyyətini zəkanın, biliyin
33
yenidənqurulması və təkmilləşməsi yolu ilə cəmiyyətin sosial-siyasi yeniləşməsinə nail olmaq
cəhdi təşkil edir.
Azərbaycan maarifçiliyini öz inkişafına görə iki mərhələyə bölmək olar:
Dostları ilə paylaş: |