Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə29/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   25   26   27   28   29   30   31   32   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Rəcəbəli Təbrizi.
Molla Rəcəbəli Təbrizinin anadan olduğu il məlum deyildir. 
Mənbələrdə 1669– cu ildə vəfat etdiyi göstərilir. Təbriz şəhərində doğulmasına baxmayaraq 
ömrünün çoxunu İsfahanda yaşamışdır. 


31 
XVII əsrin ən böyük Azərbaycan filosoflarından biri hesab olunur. Rəcəbəli Təbrizi öz 
əsərlərində Aristotel, Əbunəsr Fərabi, İbn Sina, Sədrəddin Konəvi, Mahmud Şəbüstəri və 
ümumiyyətlə peripatetik və sufi mütəfəkkirlərinin əksəriyyətinin adlarını böyük hörmətlə 
çəkmiş, onların fikirlərinə əsaslanmışdır. Onun əsərləri içərisində iki fəlsəfi traktat başlıca yer 
tutur. Onlar “Vacib varlığın isbatı” və “Həkimanə əsaslar” adlanır. Birinci əsər müqəddimə, beş 
fəsil və nəticədən ibarətdir. Müqəddimədə ümumi fəlsəfi anlayışlar, onları ifadə edən islahatlar 
nəzərdən keçirilir. Fəsillərdə öz– özlüyündən vacib varlığın tərkibə ayrılan olmaması, vahidliyi, 
onun atributlarının öz substansiyası ilə eyniyyət təşkil etməsi, varlıq sözünün daşıdığı mənalar 
araşdırılır. Nəticədə varlıq haqqında mühakimələr ümumiləşdirilir. Ümumiyyətlə, onun 
fəlsəfəsində işraqilik və sufiliyin təsiri aydın görünür. Peripatetik filosof kimi, onun 
fəlsəfəsində ordodoksal islam ilahiyyatına zidd cəhətlər çoxdur. Onun varlıq təlimində bu, 
özünü daha aydın göstərir. Rəcəbəli Təbriziyə görə, materiya və forma, səbəb və nəticə 
kateqoriyaları arasında substansional bağlılıq əlaqələri vardır. O, allahı ilkin forma, zəruri– 
vacib varlıq hesab etmişdir. 
XVIII əsr Azərbaycan və bütövlükdə Şərq fəlsəfi fikrində və mənəvi mədəniyyət 
tarixində görkəmli yer tutan alim-filosof və səyyah 
Hacı Zeynalabdin Şirvani
Azərbaycan, 
İran, Əfqanıstan, İraq, Türkiyə, Yunanıstan, Misir, Suriya, Hindistan, Orta Asiya ölkələrinin 
sosial quruluşunu, dini, elmi, əxlaqi, fəlsəfi görüşlərini öyrənmiş, müxtəlif dil, din və 
mədəniyyətə malik olan bu bölgələr haqqında “Cənnət bağı səyahətləri”, “Səyahət bağları”, 
“Səyahət gülşəni” risalələrində məlumatlar vermişdir. H.Z.Şirvani öz dünyagörüşü 
mövqeyindən Mənsur Həllac, Cəlaləddin Rumi, Mahmud Şəbüstəri, Əvhədi Marağayi, 
Əbdürrəhman Cami və qeyri-ortodoksal baxışları ilə tanınmış başqa panteist sufilərin irsindən 
bəhs edir. H.Z.Şirvaninin əsərlərindəki vəhdət əl-vücud, sufi qnoseologiyası və sufilik 
dünyagörüşünün başqa sahələrinə həsr olunmuş ümumiləşdirilmiş xüsusi bölmələr sufi 
fəlsəfəsi tarixinin öyrənilməsi üçün mühüm mənbədir. H.Z.Şirvaninin dünyagörüşündə 
idealizmlə panteizm, qnoseoloji baxışlarında sufi qnosisi – mərifət və universal əqllə insan 
əqlinin bağlılığı, elmlə praktikanın vəhdəti, kamil insan və təkmil cəmiyyət haqqında 
konsepsiyaya və humanist əxlaq normalarına söykənən ədalətli şahlıqlar qurmaq ideyaları əsas 
yer tuturdu. Həmin ideyalarına görə o, təqiblərə məruz qalmışdı. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin