birinci mərhələ ,
XIX əsr. Bu mərhələdə maarifçilik ideyaları feodal-təhkimçilik üsul idarəsinin maariflənmə
yolu ilə islah edilməsi, insaniləşdirilməsi; dini-fanatizm, mövhumat, cəhalətin, feodal
əsarətinin kəskin tənqid edilməsi və aradan qaldırılması ilə ifadə olunurdu.
Dünyagörüşlərindəki müəyyən məhdudluq və ziddiyyətlər, bəzən idealist və dini mahiyyət
kəsb etməsinə baxmayaraq
A.A.Bakıxanov, M.F.Axundov, İ.B.Qutqaşınlı, H.B.Zərdabi. N.B.Vəzirov, Q.B.Zakir və basqalarının ideyalarını Azərbaycan maarifçiliyinin birinci
mərhələsinə aid etmək olar.
Azərbaycan maarifçiliyinin
ikinci mərhələsi -XIX əsrin sonu və XX əsrin əvvələrini
əhatə edir. Bu dövrün maarifçiliyi daha çox radikalizmə, inqilabi demokratik ideyalara
qovuşması ilə, həyat proqramlarını daha qətiyyətli taktiki metodlarla həyata keçirməyə meylli
olması ilə fərqlənir.
C.Məmmədquluzadə, M.Sabir, Ö.Nemanzadə, Ü.Hacıbəyov, S.Ağamalı oğlu, N.Nərimanov və b. ideyalarını ikinci dövrün radikal, inqilabi-demokratik
maarifçiliyinə aid etmək olar.
Dördüncüsü , XX əsrin əvvəllərindəki Azərbaycan ictimai-siyasi və fəlsəfi fikri üçün həm
də realist inqilabi-demokratizm ideyaları xas idi. Bu ideyaları maarifçiliyin ilkin dövrü
nümayəndələrinin fikirlərindən fərqləndirən əsas cəhət, onların öz məqsədlərini həyata
keçirmək yollarında, taktiki vasitələrində idi. Belə ki, ilkin dövr maarifçiləri çıxış yolunu
bütövlükdə cəmiyyət üzvlərinin maarifləndirilməsində, dinc, ümumi sosial-siyasi, iqtisadi və
mənəvi islahatların həyata keçirilməsində görürdülərsə, inqilabi-demokratizmin nümayəndələri
əsas taktiki vasitə kimi yalnız ümumi maarifçilik islahatını, biliyin yayılmasını deyil, həm də
radikal taktiki tədbirlərə əl atılmasını, inqilabi yolla sosial ədalətsizliyin ləğv edilməsini,
demokratik azadlıqların həyata keçirilməsini irəli sürürdülər. Əgər maarifçiliyin ictimai
bazasını, əsas qüvvəsini kəndlilər təşkil edirdilərsə, inqilabçı-demokratizmin sosial bazasını
cəmiyyətin əzilən kütlələri (kəndlilər, fəhlələr, sənətkarlar, şəhər yoxsulları və s.) təşkil
edirdilər. XX əsrin əvvəllərində fəaliyyət göstərmiş