297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani
Mirzə Məhəmməd Əli Kazım bəy idi. Bir neçə Şərq və Avropa dillərini bilən, rus
şərqşünaslığının banilərindən olan Mirzə Kazım bəy XIX əsr Asiya və Avropanın elmi
dairələrində şöhrət qazanmışdı. Mirzə Kazım bəyin mədəniyyət fəlsəfəsinə, Şərq ictimai-siyasi
və fəlsəfi cərəyanlarına, İslam tarixinə və Quranın təfsirinə, mənəviyyat və qnoseologiya
problemlərinə, dilin inkişaf qanunauyğunluqlarına həsr edilmiş əsərləri elmi dəyəri,
çoxşaxəliliyi və orijinallığı ilə fərqlənir. Mirzə Kazım bəy xurafatın əleyhinə çıxmış, maarifi və
elmi yüksək dəyərləndirmişdir. O, elmin milli və bölgə zəmininin olmasının vacibliyini xüsusi
qeyd edirdi: “Qərb öz siyasəti ilə Asiyada maarifi bərpa edə bilməz… ölkənin islahatçıları
ölkənin özündə doğulmalıdırlar”. M.Kazım bəyin “Bab və babilər” əsərində təbiətin bir-
birindən fərqli, öz qanunlarına tabe üç (maddi, mənəvi və ruhani) aləmdən ibarət olmasından,
təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatının isə azad iradə ilə bağlılığından bəhs
olunur. Onun “Firdövsiyə görə mifologiya” əsərində müxtəlif bölgə mifləri, onların mənşəyi və
təşəkkülündə ədəbi və dini təfəkkür formaları və psixoloji amillər tədqiq edilmiş, “Şamil və
müridizm”, “Bab və babilər” kitablarında isə sosial zülm və xarici istibdada qarşı yönəlmiş
Şamil hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik
görüşlərinin elmi şərhi verilmişdir.
Azərbaycanda Maarifçiliyin fəlsəfi ideyalarının yayılması və inkişafında şair-mütəfəkkir
Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani və b. özlərinə məxsus yer tutmuşlar.
M.F.Axundov 1812-ci ildə Şəki şəhərində tacir ailəsində anadan olmuş, gənc
vaxtlarından ərəb və fars dillərini, habelə ilahiyyatı öyrənmişdir. 1832-ci ildə Gənçə şəhərində
mədrəsəyə daxil olmuş və orada böyük Azərbaycan şairi və azad fikirli alimi Mirzə Şəfi
Vazehin təsiri altında dini təhsildən imtina etmiş və Şəki şəhərində açılan rus nahiyə məktəbinə
daxil olmuşdur. Lakin oranı da yaşı ötdüyünə görə tərk etmiş, 1834-cü ildə Tiflis şəhərində
dövlət idarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə təyin olunmuşdur və ömrünün sonuna
qədər (1878-ci il) orada yaşamışdır.
M.F. Axundov Tiflis ədəbi, ictimai-siyasi mühitində rus və qərbi Avropa mədəniyyəti ilə
yaxından tanış olmuş, rus dilini dərindən öyrənmiş, o vaxt Zaqafqaziyanın və Rusiyanın
görkəmli yazıçıları, inqilabçı demokratları, mütərəqqi fikirli ziyalıları ilə ünsiyyətdə olmuş,
onlarla dostluq etmişdir. M.F. Axundovun Tiflis mühitindəki dostlarından