37
Marlinskini,
Y.P.Polonskini,
L.Zablotskoyu,
A.Çavçavadzeni,
Q.D.Eristavini,
A.A.Bakıxanovu, İ.Qutqaşınlı
və b. göstərmək olar.
M.F.Axundov yaradıcılığa şe'rlə başlamış,
Səbuhi təxəllüsü
ilə şe'rlər yazmışdır. 1850-
1856-cı illər ərzində M.F. Axundov altı orijinal komediya yazmış, 1857-ci ildə yazdığı
"Aldanmış kəvakib" adlı povestində şah despotizmini amansızcasına tənqad edərək cəmiyyətdə
sosial islahatlar aparılmasının zəruriliyini irəli sürmüşdür. M.F. Axundov özünün ədəbi-bədii
əsərləri ilə Azərbaycan bədii ədəbiyyatı və dramaturgiyasında realizmin əsaslarını qoymuşdur.
50-ci illərin ortalarından başlayaraq M.F. Axundov iyirmi ildən çox bir müddət ərzində İran və
Türkiyənin hakim dairələri ilə ərəb əlifbasında islahat aparmaq uğrunda mübarizə aparmışdır.
Lakin bu yolda başlıca maneənin din fanatizmindən ibarət olduğunu dərk edən M.F.Axundov
dinin əsaslarına qarşı
yönəldilən, 1863-1865-ci illər ərzində yazdığı
"Kəmalüdövlə
məktubları"nda
həm də özünün fəlsəfi, ictimai-siyasi baxışlarını şərh etmişdir.
Bu məktublar maarifçilik ədəbiyyatının ən güclü nümunələri olmaq e'tibarı ilə özünün
orta əsr sxolastikasına,
fikir tərzinə düşmənçiliyi ilə, maarifi, Avropa həyat tərzini möhkəm
müdafiə etməsi ilə kəskin surətdə fərqlənir. M.F. Axundov özünün göstərilən fəlsəfi məktubları
ilə Azərbaycanda fəlsəfə Maarifçiliyinin əsasını qoymuş,
cəmiyyətin yeniləşməsini, biliklərin
təbliğ
edilməsini, xalqın cəhalətdən oyadılmasını onda görmüşdür. Azərbaycan Maarifçilik
fəlsəfəsi özünün ən qabaqcıl nümayəndələrinin şəxsində
islam fanatizminə və şərq
despotizminə qarşı mübarizə edərək dünyəviləşdirilmiş mədəniyyət yaradılmasını, şəxsiyyətin
azad edilməsini, insanların yenidən tərbiyə edilməsini, cəmiyyətdə ağıllı və ədalətli qanunların
tətbiq edilməsini irəli sürürdülər.
Onun fəlsəfi, ictimai-siyasi baxışları
Dostları ilə paylaş: