Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   13   14   15   16   17   18   19   20   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

kreatsionizmi
(dünyanın bir ilahi hökm ilə heçdən xəlq olunması 
haqqındakı dini təlimi) məqbul saymadığı kimi, emanasiya nəzəriyyəsini də kəskin tənqid 
etmişdir. Bu nəzəriyyəni qəbul edən ərəb dilli peripatetiklərin təliminə görə (vacib varlıq ilə 
mümkün varlığın yanaşı mövcudluğunu iqrar edən Şərq peripatetikləri dualistdirlər) yalnız 
vacib varlıq deyil, habelə mümkün varlıq da başqa bir şeyin varlığı üçün səbəb olur. Bu isə 
Eynəlquzat Miyanəçinin fikrincə fəlsəfi monizmin əsasını dağıdır. Azərbaycan filosofunun 
varlıq təlimində Allah hər şeyin yeganə səbəbidir. Hər şey onun sayəsində mövcuddur. 
“Mövcudatın varlığı haqqın varlığından xaric deyildir, əksinə o elə odur”, yəni mövcudatın 
varlığı allahın varlığıdır, - deyən filosof ardıcıl monizm mövqeyində durmuşdur. Qeyd etmək 
lazımdır ki, ayrı-ayrı şeylərin substansional müstəqilliyinin inkarı bütün panteist filosofların 
varlıq təlimi üçün səciyyəvi xüsusiyyətdir. 
Eynəlquzat Miyanəçinin idrak nəzəriyyəsində idrakın hissi, əqli və intuitiv formaları 
qəbul edilir. Duyğu kimi əqlin də obyektiv həqiqəti, şeylərin düzgün inikasını verə bilməsini 
təsdiq edən filosof yalnız intuisiyanın köməyilə anlaşılan şeyləri ya substansiya ilə əlaqədar 
olan sahəyə aid etmiş, ya da ümumiyyətlə, formal məntiqin qayda-qanunlarıilə izah edilə 
bilməyən məsələlər sayılmışdır. Panteist filosofun təlimində güclü ifadə olunmuş dialektika 
ünsürləri vardır. Mütəfəkkir şeyləri və hadisələri daim dəyişmədə meydana çıxma və yox 
olmada təsəvvür edir, onlarda daxili ziddiyyətli çəhətləri, meylləri görürdü. 
Eynəlquzat Miyanəçinin təlimi Yaxın və Orta Şərq ölkələrində azad fikirliliyin və panteist 
ideyaların yayılmasına böyük tə'sir göstərmiş, fəlsəfə tarixində silinməz iz buraxmışdır. Onun 
əsərləri zəminində İbn Ərəbi, İbn əl-Fariz, Mahmud Şəbustəri, İmadəddin Nəsimi və başqa 
örkəmli sufi-panteist mütəfəkkirlər yazıb-yaratmışlar. Böyük Nəsiminin “Aləmül qeybin 
vücudu kainatın eynidir”, “həm cahanam, həm cahanın eyni və mahiyyəti” və i.a. panteist 
məzmun daşıyan kəlamları Eynəlquzat Miyanəçinin fəlsəfəsi ilə bilavasitə bağlıdır. 
Eynəlqüzat Miyanəçi
 
28– 29 yaşlarında azad fikirlilik üstündə müsəlman qanunçuları– 
fəqihlər tərəfindən təqib edilmişdir. Ayrı– ayrı yerlərdə onu kafir elan edib, ölümünə fitva 
verirlər. Nə tanınmış ailədən çıxması, nə böyük mənsəb– Həmadanın baş qazisi vəzifəsini 
tutması onu ittihamdan xilas edə bilməmişdir. Eynəlqüzat 1128– ci ildə həbs edilib Bağdad 
zindanına göndərilmişdir. Orada “Ölkələrin alimlərinə vətəndən ayrı salınmış qəribin şikayəti” 
əsərini yazmışdır. 1131– ci ildə onu Həmadana qaytararaq, 33 yaşında, dərs dediyi mədrəsədə 
edam edirlər. Filosof yazdığı “Həqiqətlərin məğzi”, “Müqəddimələr” və “Qəribin şikayəti” 
kitablarında sufizmin müxtəlif aspektlərini işıqlandırmış, ona bitkin fəlsəfi məzmun vermişdir. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin