Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Əfzələddin Məhəmməd Naməvər oğlu Xunəçi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   9   10   11   12   13   14   15   16   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Əfzələddin Məhəmməd Naməvər oğlu Xunəçi
(1193-1248) böyük 
filosof, görkəmli məntiqçi, mahir təbib, müdrik hüquqşünas kimi hələ öz sağlığında, habelə 
sonrakı dövrlərdə şöhrət tapmışdır. Əfzələddin Xunəçi Azərbaycanın Xalxal vilayətinin Xuanc 
qəzasında anadan olmuş və orada təhsil almışdır. Mütəfəkkir sonralar gedib Misirdə baş qazi 
vəzifəsini tutmuşdur. 
Əfzələddin Xunəçinin yaradıçılığı çox cəhətlidir. “Məntiqə dair cümlələr”, “Məntiqə dair 
xülasə”, “Sirlərin kəşfi”, “Təriflərə və təsvirlərə dair məqalə”, “Tibb qanununun şərhi” bu 
Azərbaycan mütəfəkkirinin mühüm əsərləridir. Əbunəsr Fərabi (874-950), İbn Sina. 
Əbdülhəsən Bəhmənyar məktəbinin layiqli varisi olan Əfzələddin Xunəçinin yaradıcılığında 
xüsusilə məntiq məsələləri geniş işıqlandırılmışdır.
 
Burada anlayış və onun tə'rifi, hökm, 
istidlal və onların növləri ardıcıl peripatetizm mövqeyindən dərindən araşdırılmışdır. 
Azərbaycan filosofu Aristotel ənənələrinə sadiq qalaraq onu yad ünsürlərdən qorumuşdur. 
Əfzələddin Xunəçinin traktatlarının, eləcə də onların Seyfəddin İsa ibn Davud (?-1365), 
Məhəmməd ibn Əhməd Tilimsani (?-1368), Bürhanəddin Bəğan (?-1457) və b. görkəmli 
filosoflar tərəfindən edilmiş şərhlərin əlyazması nüsxələri dünyanın bir sıra kitabxanalarında 
saxlanılır. 
Orta əsrlərdə Yaxın Şərq ölkələrində tanınmış Azərbayçan filosoflarından biri də 
Nəcməddin Naxçıvanidir (?-1253). 


15 
Nəcməddin Əhməd Əbubəkr oğlu Naxçıvani
haqqında Nəsrəddin Tusinin şagirdi
məşhur alim İbn-Əl-İbri (1226-1286) yazır: “O, böyük fəzilət sahibi, dəqiq elmlərin dərindən 
bilicisi idi. Öz vətənində fəlsəfə ilə məşğul olurdu. Ölkələri səhayətə çıxdı, xeyli gəzib dolaşdı, 
axırda kiçik Asiyaya daxil oldu, böyük mənsəblər tutdu. Sonralar idarəçilik narahatçılığı və 
əzab əziyyətləri onu bezikdirdi. Oradan Suriyaya yola düşdü. Filosof ömrünün son çağlarında 
guşənişin olmuşdur. Deyilənə görə o, evdən heç yana çıxmır, ancaq dostları ona baş çəkirmiş”. 
Nəcməddin Naxçıvani bir filosof kimi Şərq peripatetizmini mükəmməl öyrənmiş, lakin 
ardıcıl aristotelçi olmamışdır. O, İbn-Sina kitablarını tənqidi planda araşdırmış, onun bəzi 
doktrinalarına qarşı etirazını bildirmişdir. Mübahisə doğuran fəlsəfi məsələlərdən biri nəfsə dair 
idi. İnsan cisminin məhvindən sonra nəfsin yaşamasına inanan Nəcməddin Naxçıvani Şərq 
peripatetiklərinin əksinə olaraq, İbn-Əl-İbrinin qeyd etdiyi kimi tənasüx təliminə güclü meyl 
göstərirdi.Bu tə'limə görə insan nəfsi ölmur, guya bir bədəndən ayrıldıqdan sonra başqa 
bir bədənə köçür. Aydın olur ki, Nəcməddin Naxçıvani İbn-Sinanın əsərlərini ortodoksal islam 
mevqeyindən təftiş etməmiş, əksinə, hakim dinin ehkamlarına heç də uyğun gəlməyən ideyalar 
söyləmişdir. Nəcməddin Naxçıvaninin İbn-Kəmmunə İsrailin xətti ilə köçürülmüş “məntiqin 
məğzi və fəlsəfənin xülasəsi” əsərinin əlyazması Nəcəf şəhərində mühafizə edilir. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin