297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani
Sual 2. Orta əsrlərdə Azərbaycanda fəlsəfi fikrin inkişafı. Azərbaycan fəlsəfi fikrinin inkişafında orta əsrlər özünəməxsus mərhələ olmuşdur. VII-X
əsrlərdə artıq fəlsəfi fikrin təməl cərəyanları formalaşmış, ölkədə fəlsəfənin sonrakı inkişafı
xristian və İslam mədəniyyətləri məcrasında davam etmişdir. Eramızın I
əsrindən Şimali Azərbaycanda (Albaniyada) mövcud olan xristianlığın artıq IV əsrdə dövlət
dini elan edilməsilə Azərbaycanın mənəvi həyatı və fəlsəfəsi yunan-Roma mədəni-mənəvi
arealı və bilavasitə Qüdslə bağlanır. Alban fəlsəfəsi haqqında müəyyən məlumatı Musa
Kalankatuklunun “Albanların tarixi” əsəri verir. Burada həm də Albaniyada qnostisizm
fəlsəfəsi və dualizm təmayüllü çoxsaylı bidətçi ideoloji cərəyanlar və onların nümayəndələrinin
olması, onların Albaniyanın baş kilsəsi tərəfindən lənətləndirilməsi, Nerses Bakurun və
“filosofların şöhrəti” kimi tanınan yepiskop Karin Teodorosun erməni katolikosu Eliya
tərəfindən təqibi, Nerses Bakurun zəngin kitabxanasının çayda batırılması və onun xəlifə
Əbdülməlikin əmri ilə edama məhkum edilməsi haqqında məlumat verilir. Həmin mənbədə
alban şairi Dəvdəkin Cavanşirin ölümünə yazdığı ortodoksal xristianlıqdan fərqli, hikməti
tərənnüm edən və yunan mifologiyası ilə bağlı elegiyası haqqında məlumat verilir. Bu
dövrlərdə, həmçinin alban ilahiyyatçı-filosofları Sünikli Petros (VI əsr) və Sünikli Petros (VIII
əsr) yaşayıb yaratmışlar. Sünikli Stepanos Davidin “Fəlsəfənin tərifi” və Porfirinin “Giriş”
əsərlərinə yazdığı şərhlərlə tanınır.
Alban mədəni abidələrinin, əlyazmaları kitabxanalarının dəfələrlə erməni katolikosatının
təşəbbüsü ilə siyasi maraqlar naminə qəsdən məhv edilməsi (suda batırılması, yandırılması)
faktı hazırda alban fəlsəfi əsərlərinin Ermənistan, Gürcüstan və Qüdsün monastır
kitabxanalarında axtarılmasına əsas verir.
Folklor və orta əsr yazılı abidələri həmin dövrdə Azərbaycanda türkdilli etnosun
bütpərəstliklə yanaşı, şamanlığa və vahid Göy Tanrıya inamı haqqında məlumatlar verir.
Qədim və erkən orta əsr Azərbaycan türklərinin sosial-mədəni həyatı və xüsusən dili, dini,
əxlaqi norma və dəyərləri haqqında nisbətən geniş, obyektiv təsəvvür yaradan abidə və əsasən
Azərbaycan reallığını əks edən türk xalqlarının müştərək eposu “Kitabi-Dədə Qorqud”dur.
VII-X əsrlərdə Azərbaycana İslam dininin gəlməsi və möhkəmlənməsi, və ölkənin İslam
mədəni bölgəsinə fəal daxil olması Azərbaycan fəlsəfi fikrinin bu dövrdə inkişafının islam dini
ilə çoxçalarlı əlaqələrinə imkan yaratdı. Zaman keçdikcə, ölkəyə Quranın zahiri və batini
şərhinə əsaslanan İslam mədəni bölgəsinin çoxsaylı ideoloji cərəyanları da daxil olur və burada
Azərbaycan mütəfəkkirlərinin simasında öz yerli təmsilçilərini tapırlar. Müxtəlif cərəyanların
nümayəndələri nəzəri-fəlsəfi mövqelərini Quran ayələri ilə əsaslandırmağa cəhd göstərirdilər.
Bu meyl regionda yayılmış