9
qaranlıqdır". Sonralar
İbn Həzm
(994-1064) yazırdı ki, manilikdə "zövq qaranlığa deyil, işığa;
əziyyət isə işığa deyil, qaranlığa xasdır". Mani deyirdi: yalnız zühr ilə işığı qaranlıqdan xilas
etmək və bununla da qaranlığa qalib gəlmək olar. Maniliyin əsasında dualizm prinsipi -"Nur"
və "Zülmət" başlanğıclarının mübarizəsi durur. Bu dünyada Nur və Zülmət ünsürləri bir-birinə
qarışmışdır. Dünya inkişafı prosesinin məqsədi insan qəlbində yer tapmış "Nur" ünsürlərini
cismaninin hakimiyyətindən azad etməkdir.
Maniyə görə, allah dünyada şəri yaratmamışdır,
deməli, dünyanı da o yaratmamışdır, çünki dünya (materiya) şərdir. Deməli, materiya Allahdan
asılı olmayaraq mövcuddur, insan isə "materiya ilə yüksəkdə duran nurun qarışığıdır". Nurun
hissəciklərinin azad olmasına yalnız qatı asketizm vasitəsilə nail olmaq mümkündür.
Zərdüştilikdən fərqli olaraq, Maniyə görə, insan bu yolda
dünyəvi nemətlərdən imtina
etməlidir. Sosial təlimində insanların hüquq bərabərliyinə üstünlük verən maniliyin dini-fəlsəfi
və sosial ideyaları hakim qüvvələrin təqibinə baxmayaraq həm Atropatenada, həm də
Albaniyada, sonralar isə Şərqdə
və Avropada məzdəkilərin, pavlikianların, albiqoyçuların,
katarların və başqalarının ideoloji təlimlərində geniş yer tapmışdı. Maniliyin İşıq Allahını
Əqllə birləşdirməsi (beş təzahürdən dördünün bilavasitə Əqllə bağlılığı) və Şərin əbədiliyini
qəbul etməsi sonrakı təlimlərdə rasionalizm və dialektikanın inkişafı üçün geniş imkanlar
yaratmışdır.
Əvvəllər hələ maniliyin təhlükəsini başa düşməyən və öz
qüdrətinə dayaq ola bilən
möhkəm zərdüşt kilsəsi yaratmayan Sasanilər nəinki maniliyə mane olmamış, hətta onu
müdafiə etmişlər. Lakin manilik feodal istismarına qarşı kəndlilərin və yoxsul şəhər əhalisinin
etirazını, mübarizəsini ifadə edən təlim olduğu üçün Manini tutub edam etmişlər. Manilik
təlimi xeyli müddət yaşamış və V əsrin sonunda məzdəkilərin
mühüm ideya mənbəyinə
çevrilmişdir.
Dostları ilə paylaş: