297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani
məzdəkilik dini-təriqəti meydana çıxır. Xeyrin şər üzərində qəti
qələbəsinə inanan və onu təbliğ edən məzdəkilik Odu Hörmüzün yerdə təzahürü hesab edir,
oda sitayişi geniş yayırdı. Zərdüştlükdən fərqli olaraq, məzdəkilik ölünün dəfn edilməsinə
icazə verir, Zərdüştün bir peyğəmbər kimi Hörmüzlə hökmdarlar arasında vasitəçi olması
ideyasına qarşı çıxırdı. Günəş allahlarına etiqadı qəbul etməklə məzdəkilik bütpərəstliyə də yol
verirdi.
Avesta (Qanun) - Vendidad, Yasna və Vispered adlı üç kitabdan ibarətdir. Vendidad
(Videvdat "Divlər əleyhinə qanun") - şər qüvvələrin dəf edilməsinə yönəldilən qanun, Yasna
("Dua etmə", "Sitayiş etmə") ibadət və qurban vermə mərasimi zamanı oxunan ayrı-ayrı
qanunlar və Vispered (və ya Visprat -"hakimlərin hakimi", "Allahların hamısı") dua xarakterli
mahnıları tərənnüm edən qanunlardır. Birinci iki kitabda toplanılmış dini mərasimləri əks
etdirən mətnlər (yaştlar - himnlər) Avestanın ən qədim hissələri hesab olunurlar. Onlar
müxtəlif vaxtlarda yaranmış, irili-xırdalı 21 hissədən ibarətdir. Yasnanın əsas məzmununu
Zərdüştün lirikası (qatlar) təşkil edir. Vispered Yasnanın ayrı-ayn hissələrinə əlavələrdir.
Avestanın əsas ideyası bundan ibarətdir ki, dünyada bir-birinə zidd olan qüvvələr
arasında daimi mübarizə gedir. Dünyada mövcud olan bütün şeylər bu mübarizənin nəticəsində
yaranır. Hər yerdə işıqla qaranlıq, həyatla ölüm, xeyirlə şər, ədalətlə haqsızlıq arasında
mübarizə gedir. Zərdüştüiyə görə, xeyir Allahı Hörmüz (Ahura-Mazda) əvvəl-axır şər Allahı
Əhrimən (Anhra-Manyuya) üzərində qələbə çalacaq, şər həmişəlik yox olacaq. Bununla belə,
Avesta politeist və monoteist müddəalardan da xalis deyildir. Onun ən qədim parçalarında
çoxallahlılıq, o cümlədən Günəşi, Ayı və ulduzları ilahiləşdirmək meyli, qatlarda isə,
təkallahlılıq meyli güclüdür. Əhəmənilər dövründə (e.ə.VI-IV əsrlərdə) zərdüştilik rəsmi
dövlət dini elan edildikdən sonra onun dualist və politeist cəhətləri arxa plana keçirilmiş,
Hörmüz formasında tələffüz edilən Ahura-Mazda (Hikmət Ağa) bütün mövcudatın yeganə
yaradıcısı, vahid Allah sayılmışdır.
Avestadakı birinci yaşt (Himn) Ahura-Mazdaya (Hörmüzə) həsr olunmuşdur. Burada
Hörmüzə alqış, Əhrimənə nifrət bildiriləndən sonra zərdüştilik etikasının əsas triadası ön plana
çəkilərək and içmə formasında deyilir: "Xeyirxah fıkirlə, xeyirxah sözlə və xeyirxah əməllə
xeyirxah fikri, xeyirxah sözü və xeyirxah əməli tərif edirəm. Bütün xeyirxah fikrə, xeyirxah
sözə və xeyirxah əmələ çağırır, bəd fikirdən, bəd sözdən və bəd əməldən əl çəkirəm".
Himndə daha sonra deyilir: "Həqiqət ən yaxşı xeyirxahlıqdır". Avestada başqa himnlər də
mənəvi paklığa, ülviliyə çağırışdır. Orta Əsr müəlliflərinin fikrincə, məcusilikdə bütün söhbət
işığın qaranlığa çulğalaşması səbəbini və işığın qaranlıqdan xilasolma səbəbini izah etmək
qaydaları ətrafında gedir, çünki bir-birinə zidd iki əsas - işıq ilə qaranlıq dünyadakı mövcud
şeylərin mənbəyidir. Din və fəlsəfə tarixçisi Məhəmməd Şəhrəstani (XII əsr) yazır: "Tərkiblər
o ikisinin (işiq və qaranlığın) qatılığından hasil olmuş, surətlər müxtəlif tərkiblərdən meydana
çıxmışdır. Xeyir və şər, mürvət və əskiklik, paklıq və xəbislik işıq və qaranlığın qatılığından
7
törənmişdir. Onlar qarışmasaydı aləm mövcud olmazdı. O ikisi bir-birinə müqavimət göstərir,
mübarizə edir, hətta işıq qaranlığa, xeyir şərə qalib gəlir".