Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Hərəkətin iki əsas tipini ayırd etmək olar



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix11.11.2022
ölçüsü0,54 Mb.
#68497
1   ...   6   7   8   9   10   11   12   13   14
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

Hərəkətin iki əsas tipini ayırd etmək olar. Birincidə predmet və ya hadisədə baş verən 
dəyişikliklər onun nisbi sabitliyini pozmur, obyekt və keyfiyyət müəyyənliyini saxlayır. Hər bir 
predmetin mövcudluğu, əslində onun öz əsas keyfiyyətini qoruyub saxlaması deməkdir. Lakin 
predmetin mövcudluğu əbədi olmadığına görə, o gec-tez yox olub gedir, yəni öz əsas 
keyfiyyətini itirərək, yəni keyfiyyət kəsb edir. Predmetin bir keyfiyyət halından digərinə 
keçməsi ilə müşayiət olunan dəyişmələr hərəkətin ikinci əsas tipini təşkil edir. Obyektin əvvəlki 
keyfiyyət halında gizli qalan potensial imkanlarının reallaşması şəklində baş verən keyfiyyət 


17 
dəyişməsi inkişaf adlanır. İnkişaf prosesinin iki əsas növünü göstərmək olar: materiyanın eyni 
bır struktur təşkili səviyyəsinin hüdudları daxilində baş verən keyfiyyət dəyişmələri və bir 
səviyyədən digər səviyyəyə keçidlə xarakterizə olunan keyfiyyət çevrilmələri. Birincilərə misal 
olaraq ulduzların təkamülü prosesini, canlı aləmdə yeni bitki və heyvan növlərinin meydana 
gəlməsini və s. gətirmək olar. Qeyri-üzvi təbiətdən canlılar aləminə və nəhayət, cəmiyyətin 
təşəkkül tapmasına gətirib çıxaran inkişaf isə ikinciyə misal ola bilər. Hərəkətin əsas formaları 
ən ümumi şəkildə məhz bu ikinci prosesi özündə əks etdirirlər. 
Burada qısa şəkildə də olsa, hərəkət və sükunətin qarşılıqlı münasibətinə də nəzər salmaq 
lazımdır. Bir halda qəbul edirik ki, obyektiv gerçəklikdə hərəkət mütləq və əbədidir, onda 
sükunətdən danışmağına dəyərmi? Əgər hərəkət də varlıq və materiya kimi sonsuz, yaradılmaz 
və məhv edilməzdir, onların atributudur, onda sükunət nədir? Əlbəttə: gerçəklikdəki 
dəyişikliklərin ümumi axınında zəruri şərt kimi sükunət momentləri də vardır. Lakin bu sükunət 
momentləri bütövlükdə varlığa deyil, müəyyən zaman daxilində təzahür edən konkret hadisə və 
proseslərə aiddir, Deməli, sükunət halı varlığın ayrı-ayrı konkret təzahürlərində, ümumi ilə 
müqayisədə meydana çıxır. Sükunət halında predmet öz keyfiyyət halında qalır. Cismin 
sükunəti nisbidir, o, həm də varlığın, materiyanın ümumi, əbədi hərəkətində hərəkət edir. 
Məkan və zaman. Dünyada mövcud olan predmet və hadisələrə müəyyən təriflərdən ölçü 
anlayışını tətbiq etmək mümkündür. Bu ölçü ən müxtəlif xarakter daşıya bilər. Ölçü olaraq 
cisimlərin uzunluğunu, enini, hündürlüyünü, onların həcmlərini nəzərdə tutmaq mümkündür. 
Predmetlər bir-birinə nəzərən müxtəlif vəziyyətlərdə - yuxanda, aşağıda, solda, sağda və s. 
yerləşə bilərlər. Cisimlərin malik olduqları bu xassə və münasibətlər məkan kateqoriyasının 
məzmununu təşkil edir. 
Predmet və hadisələrin nisbi sabitliyinin, dayanaqlığının, keyfiyyət bütövlüyünün də 
ölçüsü vardır. Həmin ölçü predmetin və ya prosesin mövcudluq, davametmə müddətini ifadə 
edir və sürəklik adlanır. Cisim və hadisələr nəinki öz yerləşmələrinə görə, həmçinin universal 
yaranma və yox olub getmə aktlarına nəzərən də bir-biri ilə müəyyən münasibətlərdə olurlar. Bu 
axırıncılar öz əksini "əvvəl", "sonra", "gec", "tez" və s. kimi anlayışlarda tapır. Obyekt və 
proseslərin sürəkliyi və onlar arasındakı "gec", "tez" qəbildən olan münasibətlər zaman 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin