18
və sürəkliklə davam etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir.
Məkan-zaman obyektivdir, insan şüurundan asılı deyildir.
Məkan-zaman sonsuzdur,
tükənməzdir, onların sonsuzluğu konkret cisim və hadisələrin sonluğunun vəhdətindən,
məcmusundan yaranır. Gerçəklikdəki bütün cisim, hadisə və proseslər dördölçülü məkan-zaman
xassələrinə malikdir.
Bu o deməkdir ki, hər bir maddi cismin məkanda üç ölçüsü vardır:
uzunluğu, eni, hündürlüyü. Müvafiq surətdə bu cisim bir-birinə perpendikulyar üç istiqamətdə
hərəkət edə bilər. Zamanın isə yalnız bir ölçüsü vardır: cisimlər zamanca ancaq keçmişdən
gələcəyə doğru istiqamətdə hərəkət edə bilərlər. Zaman qayıtmazdır,
keçmişi qaytarmaq
mümkün deyildir, zaman ancaq irəliyə hərəkət edir.
Məkan və zaman haqqındakı təsəvvürlərin meydana gəlməsi və onların kateqoriyalar
şəklində təşkili uzun bır tarixi yol keçmişdir.
Bu tarixi prosesi, xüsusən zaman haqqındakı
təsəvvürlərin inkişafı timsalında əyani şəkildə izləmək mümkündür. Cəmiyyətin inkişafının elə
bır mərhələsi olmuşdur ki, insanlar həmin dövrdə uzun müddət varlığın zaman xarakteristikasını
sanki hiss etməmişlər. Cəmiyyətin qəbilə-icma təşkili, hər bır fərdin öz icmasından, bu
axırıncının isə bütövlükdə onu əhatə edən təbii mühitdən amansız asılılığı
həmin dövrün
təfəkkür tərzinə öz təsirini göstərməyə bilməzdi.
Lakin bu cür təfəkkür ibtidai cəmiyyət üçün xarakterik olan müvafiq stereotip doğurmaya
bilməzdi:
indi mövcud olan hər şey artıq uzaq keçmişdə də mövcud idi; "indi", keçmişin
Dostları ilə paylaş: