16
təsirlərinin mürəkkəb kombinasiyasının nəticəsində mümkün olur. Nəhayət, o dövrdə belə
güman edilirdi ki, fiziki hərəkət kimyəvi hərəkət üçün baza rolunu oynayır. Lakin elm fiziki
hərəkət haqqındakı təsəvvürlərə
ciddi dəyişiklik gətirmişdir; bu gün fiziki hərəkətlə kimyəvi
hərəkət arasındakı münasibəti bir mənalı qiymətləndirmək olmaz. Mikroaləmdə gedən fiziki
qarşılıqlı təsirlər kimyəvi hərəkəti, bu axırıncı özü isə fiziki hərəkətin başqa növü olan
molekulyar-istilik proseslərinin mövcudluğunu şərtləndirir.
Ümumiyyətlə, hərəkət formalarının keyfiyyət müxtəlifliyi materiyanın özünün keyfiyyətcə
müxtəlif struktur təşkili səviyyələrinə malik olması ilə şərtlənir. Materiyanın
struktur
səviyyələri onun sadədən mürəkkəbə, ibtidaidən aliliyə doğru inkişafının pillələri olduğundan
hər bir yuxarı hərəkət formasının tarixən təşəkkül tapmasını da aşağı hərəkət formalarının
inkişafının nəticəsi kimi təsəvvür etmək olar. Hərəkətin müxtəlif formaları arasında genetik
əlaqə mövcuddur,
yəni hər bir yuxarı hərəkət forması birdən-birə deyil, yalnız aşağı formaların
bazasında yaranır və onları özündə əhatə edir. Lakin bu heç da o
demək
deyildir ki, yuxarı
hərəkət forması aşağı hərəkət formaların mexaniki məcmusundan ibarətdir. Məsələn, bioloji
hərəkət forması mexaniki, fiziki, kimyəvi proseslər əsasında yaranır və bu hər üç hərəkət
formasını özündə birləşdirir. Lakin bioloji hərəkəti fiziki və kimyəvi hərəkətin cəmindən ibarət
hesab etmək kobud səhv olardı. Yuxarı hərəkət forması aşağı formalarını özündə birləşdirir, bu
birləşmə onların sadə cəmi yox, mürəkkəb sintezindən ibarətdir. Buna görə də hər bir yuxarı
hərəkət forması keyfiyyət özünə məxsusluğuna malik olub, aşağı hərəkət formalarında fəaliyyət
göstərmədən spesifik qanunlara tabedir.
Hərəkət formalarının təsnifatına dair müasir baxışlarda müəyyən təkliflər də irəli sürülür.
Bəziləri təbiət və humanitar elmlərin nailiyyətləri əsasında hərəkətin formalarının
qeyri-üzvi
aləmdə, üzvi aləmdə və cəmiyyətdə hərəkat kimi üç formasını qeyd edirlər. Bu bölgünü başqa
şəkildə cansız təbiətdə, canlı təbiətdə və cəmiyyətdə hərəkət kimi də ifadə edənlər var. Bu
formaların hər birində yuxarıda qeyd olunmuş hərəkət formalarının da bir neçəsi və ya hamısı
sintez halında fəaliyyət göstərirlər. Hərəkət formaları sırasında elektron hərəkəti, kosmik
hərəkət, geoloji hərəkət və s. kimi yeni formalar təklif edənlər də vardır. Lakin onların sayını
artırmağa ehtiyac yoxdur. Onlar hamısı qeyd olunmuş beş formanın bu və ya digər aspektləri,
çalarlarıdır.
Dostları ilə paylaş: