Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix11.11.2022
ölçüsü0,54 Mb.
#68497
1   ...   6   7   8   9   10   11   12   13   14
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

konsepsiyası təlimini irəli sürmüşdür. 
Relyasion konsepsiya məkan və zamanın maddi obyekt və proseslərdən asılı olmayaraq
müstəqil mövcudluğunu inkar edərək, onların mahiyyətini predmet və hadisələr arasındakı 
xüsusi tip münasibətlərdə görür. Relyasion konsepsiya öz başlanğıcını Aristotelin məkan-zaman 
təlimindən götürür. Sonralar relyasion konsepsiya dialektik materializmin məkan və zaman 
təliminin əsasını təşkil etdi. 
Məkan və zaman varlığın xalis xarici xarakteristikalarıdır. Bu kateqoriyalarda predmet və 
hadisələr arasında mövcud olan heç bir daxili, maddi əlaqə və asılılıqlar öz əksini tapmamışdır. 
Onlar sanki insanın dünya ilə təmasında dünyanın insana ən ilk görünən tərəfləridir. Məkan və 
zaman kateqoriyaları vasitəsi ilə dünya insan təfəkküründə birbaşa, vasitəsiz surətdə əks olunur. 
İnsanın gündəlik həyatında, ictimai praktikası və nəzəri fəaliyyətində dünya özünü ilk növbədə 
və hər şeydən əvvəl öz məkan və zaman xarakteristikaları vasitəsi ilə təzahür etdirir. Təsadüfi 
deyildir ki, Hegel məkanı - "təbiətin ilk və ya bilavasitə tərifi..., onun vasitələrdən məhrum 
fərqsizliyi" adlandırırdı. 
Məkan və zaman kateqoriyalarının varlığın zahiri xarakteristikaları olması o deməkdir ki, 
bu kateqoriyaların məzmunu materiyanın strukturluğuna və keyfiyyət fərqlərinə (müxtəlifliyinə) 
münasibətdə tam neytraldır. Bu kateqoriyalarda idrakın dünyaya nüfuz etməsinin elə səviyyəsi 
əks olunur ki, həmin səviyyədə predmet və hadisələr arasındakı yalnız kəmiyyət fərqləri və 
münasibətləri təzahür edir, yəni varlıq özünü kəmiyyət baxımından diferensiasiya edərək 
fərdiləşdirir. Yəqin ki, Hegelin məkanı "xalis kəmiyyətlə" eyniləşdirilməsi də elə bu vəziyyətlə 
bağlıdır. Predmetin idrak obyektinə çevrilməsi üçün o hər şeydən əvvəl, konkret bir müəyyənlik 
kimi qəbul edilməlidir. Predmetin məkan və zamanda mövcudluğu onun belə konkret 
müəyyənlik kimi qəbul edilməsindən başqa bir şey deyildir. Reallığın idrak obyekti ilkin qeydə 
alınması ona olan hər cür digər münasibət formalarının əsasında durduğundan, məkan və zaman 
predmet üzərində hər cür (məntiqi, fiziki və s.) əməliyyat aparmağın köklü şərtləri kimi çıxış 
edirlər. 
Məkan və zaman kateqoriyalarının məzmununda varlığın heç bır daxili əlaqəsinin, 
keyfiyyət müəyyənliyinin əks olunmaması faktı çox ciddi əhəmiyyət "kəsb edən nəticələrə 
gətirib çıxarır. Bu hər şeydən əvvəl, o deməkdir ki, məkan və zaman materiyanın müxtəlif 
struktur təşkili səviyyələrinə münasibətdə neytral qalmalıdır. Yəni materiyanın xassələrindəki 
hər hansı səviyyəli keyfiyyət dəyişmələri məkan və zaman kateqoriyalarının strukturunda hər 
hansı dəyişiklik doğura bilməz. İlk baxışda bu nəticə nisbilik nəzəriyyəsinin və müasir kvant 


20 
fizikasının verdiyi faktlara zidd görünə bilər. Nisbilik nəzəriyyəsinə görə predmetlərin hərəkət 
istiqamətindəki ölçüsü və hadisələrin baş vermə müddəti onların yerləşdiyi hesablama 
sisteminin nisbi hərəkət sürətindən asılıdır. Ümumi nisbilik nəzəriyyəsinə görə yüksək 
intensivlilik qravitasiya sahələrində zaman qravitasiya sahəsinin zəif olduğu yerlərdəkinə 
nisbətən ləngiyir. Kvant mexanikası isə mikrohissəciyi hərəkətdə olan ''trayektoriya"dan 
məhrum edir. Bütün bu deyilənləri adətən materiyanın xassələrinin dəyişməsindən asılı olaraq 
məkan və zamanın da uyğun xassələrinin dəyişməsindən asılı olaraq məkan və zamanın da 
uyğun xassələrinin dəyişməsi kimi şərh edirlər. 
Lakin təbii-elmi nəzəriyyələrin diqqətli təhlili göstərir ki, bu axırıncı iddia təbiətşünaslığın 
pozitivist metodologiya əsasında şərhinin bilavasitə nəticəsidir. Nisbilik nəzəriyyəsini götürək. 
Eynşteyn belə hesab edirdi ki, zaman anlayışı ölçmə prosesindən (saatlardan) kənarda 
məzmunsuz anlayışıdır; hər hansı prosesin ölçmə əməliyyatından kənarda öz-özlüyündə heç bir 
müddəti yoxdur. Bu iddiadan olduqca prinsipial əhəmiyyəti olan belə bir nəticə çıxır: zaman 
anlayışının məzmunu yalnız ölçmə prosesində formalaşdığından xarici aləmdə ona uyğun gələn 
obyektiv xarakteristika mövcud deyildir. Bu axırıncı mövqe isə artıq fiziki deyil, fəlsəfi xarakter 
daşıyır və istənilən fəlsəfi konsepsiya kimi heç bir konkret təbii-elmi nəzəriyyənin, o cümlədən, 
nisbilik nəzəriyyəsinin nəticəsi ola bilməz. Deməli, zaman kateqoriyasını ölçmə ilə eyniləşdirən 
nöqteyi-nəzər özü də fiziki deyil, fəlsəfi məzmun daşıyır. 
Nisbilik nəzəriyyəsinin məkan və zaman anlayışlarına münasibətdə etdiyi yeganə radikal 
dəyişiklik omun bu anlayışların mahiyyəti problemini həll etməsində deyil, məkan və zamanın 
ölçülməsi problemini qoyub həll etməsindən ibarətdir. Fizik "zaman" anlayışının ölçmə 
prosesindən (saatlardan) kənarda heç bir məzmun daşımadığını iddia edərkən belə bir faktı 
nəzərə almır ki, ölçmə prosesinə başlayarkən o fizikanın və hətta bütövlükdə təbiətşünaslığın 
deyil, bütün mədəni-tarixi prosesin gedişində formalaşmış konkret zaman anlamından çıxış 
etməlidir. Klassik mexanika Orta əsrlər, İntibah və Yeni dövr mədəniyyətlərinin qoynunda 
formalaşmış xətti zaman konsepsiyasına əsaslanır. Nisbilik nəzəriyyəsi bu konsepsiyaya 
qətiyyən toxunmadı; o sadəcə olaraq vaxtın ölçülməsi nəticələrinin ölçmə üsulundan asılı 
olmaması haqqındakı klassik təsəvvürlə birdəfəlik üzülüşdü. 
Məkan və zaman anlayışlarının onların ölçməsi üsulları ilə əvəz olunması sırf təbii-elmi 
tədqiqat çərçivəsində əksərən məqbuldur. 
Lakin A.Eynşteyn və onun ardıcılları bu məntiqi əməliyyatı elmi tədqiqatın məhdud 
çərçivəsindən kənara çıxararaq, ona son dərəcə geniş şərh verdilər; fizikanın məkan və zaman 
anlayışlarını onların ölçülməsi üsulları ilə əvəz etməsini elmi idrakın konkret metodu kimi deyil, 
bu anlayışlarını onların ölçülməsi üsulları ilə əvəz etməsini elmi idrakın konkret metodu kimi 
deyil, bu anlayışların məzmununun bütövlükdə həmin ölçmə üsulları ilə tam eyniyyəti kimi şərh 
etdilər. Elmi idrakın konkret metodlarının belə geniş şərh etdilər. Elmi idrakın konkret 


21 
metodlarının belə geniş mənada təsviri ən yaxşı halda fəlsəfi kateqoriyaların məzmununun 
konkret elmi anlayışlarla məhdudlaşdırılmasına gətirib çıxarır. Bu isə xalis pozitivizm 
mövqedir, çünki pozitivizm məzmunu konkret elmi tədqiqat hüdudlarından kənara çıxan hər cür 
anlayışı metafizik adlandıraraq, məzmunsuz anlayış kimi atmağı təklif edirdi.


22 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin