5
hadisələr, proseslər, cəmiyyətdə insanların davranışları, dövlət sistemləri, şəxsi həyəcanları,
fikirləri, ideyaları və s. gerçəkliyin ayrı-ayrı fraqmentləridir. Gerçəkliyə daxil olan hadisələrin
sürəkliliyi olduqca müxtəlifdir: bəziləri uzun ömürlüdür, bəziləri isə ani baş verir. Buna görə də
gerçəklikdə daim yeni-yeni cisimlər və hadisələr meydana gəlir, qərarlaşır, mövcud olur, sonra
isə yenilərinə çevrilirlər.
Gerçəklik anlayışına sinonim olan
reallıq anlayışıdır. Reallıq çox geniş olub obyektiv və
subyektiv reallıqların cəmi, məcmusu kimi qəbul edilir. İnsan şüurundan kənarda mövcud olan
gerçəklik obyektiv reallıq adlanır.
Kvarklar, elementar hissəciklər, nüvə, atom, molekul,
cisimlər, qalaktika, metaqalaktika, fiziki
sahənin müxtəlif növləri, ictimai proseslər və s.
obyektiv reallığın ayrı-ayrı elementləridir. İnsan şüurunda, insan təfəkküründə, insan
təxəyyülündə mövcud olan gerçəklik isə subyektiv reallıqdır. Subyektiv reallıq insanın
zehni
fəaliyyətinin, daha doğrusu, onun beyninin məhsuludur. Beynin fəaliyyətinin məhsulu olan
fikirlər, anlayışlar, mülahizələr,
obrazlar, elmi və qeyri-elmi biliklər də reallıq olub, fəlsəfədə
deyildiyi kimi, subyektiv reallıq anlayışını təşkil edirlər. Şifahi xalq ədəbiyyatında geniş işlənən
cin, şeytan, pəri, əjdaha, yaxud elmi fantastik əsərlərdə təsvir olunan müəyyən hadisələr
subyektiv reallıqdır. İnsan şüurundan xaricdə mövcud olan obyektiv reallıq və onun inikası kimi
ancaq insan şüurunda mövcud olan subyektiv reallıq ciddi surətdə fərqlənsələr də möhkəm
vəhdətdə və əlaqədə olub bir-birinə qarşılıqlı təsir göstərirlər. Obyektiv və subyektiv reallığın
bu vəhdət və əlaqəsi öz ifadəsini fəlsəfənin "varlıq" kateqoriyasında tapır. İnsan
obyektiv
reallığın məhsulu, subyektiv reallığın: xülyalar,
kəşflər, ixtiralar, fantaziyalar aləminin
yaradıcısıdır. Deməli, o,
obyektiv və subyektiv reallığın kəsişdiyi nöqtə və bu mənada varlığın
mərkəzidir. İnsan yalnız bioloji varlıq deyil, o həm də sosial varlıq
olduğuna görə
informasiyaları, xüsusilə də onun yüksək forması olan biliyi yaratmaq, toplamaq, hifz etmək və
sonrakı nəsillərə ötürmək qabiliyyətinə malikdir. Bu isə bəşəriyyətin
yaşaması üçün olduqca
vacibdir.
Varlıq kateqoriyasını təhlil edərkən, onun maddi və mənəvi varlıqdan ibarət olmasını
xüsusi qeyd etmək lazımdır. Maddi varlıq anlayışı materiya kateqoriyasına yaxındır.
Varlıq kateqoriyası
universal əlaqəni-predmetlərin, hadisələrin, ideyaların və s.
mövcudluğunu özündə ifadə edir.
Sözün ən geniş mənasında varlıq son dərəcə əhatəli
Dostları ilə paylaş: