Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sual 2. Dialektikanın prinsipləri. Qanun və qanunauyğunluq



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   2   3   4   5   6   7   8   9   10   ...   39
304 felsefe m N9dialektika eyani

Sual 2. Dialektikanın prinsipləri. Qanun və qanunauyğunluq 
 
Dialektikanın yuxanda qeyd etdiyimiz prinsiplərdən ikisi 
predmet və hadisələrin 
ən ümumi əlaqəsi və inkişaf prinsipləri 
xüsusi əhəmiyyətə malik olduğundan onlar 
üzərində ayrıca dayanmaq lazımdır. 
Obyektiv aləmin mühüm xassələrindən birini predmet və hadisələrin ən ümumi 
əlaqəsi təşkil edir. 
Bu məsələdə dialektika metafizikanın tam əksinədir.
Predmet və 
hadisələrin öyrənilməsində analitik tədqiqat metodunun birtərəfli tətbiqi üzündən onları 
qarşılıqlı əlaqədən kənarda, təcrid olunmuş halda öyrənən metafizikanın əksinə olaraq, 
dialektika belə hesab edir ki, bizi əhatə edən dünya bütöv bir tamdır və onu təşkil edən 
bütün predmet və hadisələr ümumi qarşılıqlı əlaqədədir. Hər şeyin hər şeylə universal 
qarşılıqlı əlaqədə və təsirdə olduğu dünyada bir-birlərindən təcrid olunmuş predmet və 
hadisələr yoxdur. İki baxışda təcrid olunmuş kimi görünən predmet və hadisələr 
arasında çox müxtəlif əlaqələr vardır.
Bəs əlaqə nədir? 
Əlaqə 
obyektlər arasında mövcud olan şərtlənmədir ki, onu bilmək predmet və 
hadisələrin yalnız keçmiş və indiki halını deyil, həm də gələcək halını müəyyən etməyə 
imkan verir. "Əlaqə" anlayışı həcmcə "hərəkət" və "inkişaf anlayışlarından daha geniş 
olub, yalnız dəyişikliyi və prosesləri deyil, ümumiyyətlə, hadisələrin hər cür 
şərtlənməsini və asılılığını əhatə edir. 
Hazırda 
əlaqənin iki aktual növü

dinamik və genetik
növləri fərqləndirilir. Aktual 
əlaqə baxılan anda obyektlər və orqanların ünsürləri arasında qarşılıqlı təsirdir. Aktual 
əlaqə dinamik əlaqə olub hökmən müəyyən qüvvə vasitəsi ilə həyata keçirilir. Məsələn, 
cisimlərin cazibəsi, qarşılıqlı təsiri aktual əlaqədir. Genetik əlaqə isə bilavasitə qarşılıqlı 
təsirdə olmayan bir cinsli obyektlərin və eyni bir prosesin müxtəlif hallarının ümumi 
cəhətlərini ehtiva edən əlaqədir. Məsələn, Uralda bitən şam ağacı ilə Şimali Qafqazda 
bitən şam ağaclarının ümumi cəhətləri onların genetik əlaqəsini əks etdirir. 
Predmet və hadisələrin ən ümumi əlaqəsi haqqında dialektika prinsipinin obyektiv 
əsasını gerçəkliyin bütün predmet və hadisələrinin maddi ümumiliyi təşkil edir. Tarixən 
ictimai praktika və idrakın nəticələrinin ümumiləşdirilməsi kimi meydana çıxan ümumi 
əlaqə anlayışı dünyanın ən müxtəlif predmet və hadisələrinin əlaqəsini, hərəkət, məkan 
və zamanın zəruri dialektik əlaqəsini, yəni materiyanın özünün obyektiv varlıq formaları 
ilə əlaqəsini ehtiva edir. "Ən ümumi əlaqə" anlayışında bütün maddi olanın, habelə 
maddi və idealın, onların tarixi hərəkət və inkişafında təzahür edən münasibət və 
qarşılıqlı təsiri ifadə olunmuşdur. 



Real əlaqələri mürəkkəblik dərəcəsinə, xarakterinə, dərinliyinə, ümumilik 
dərəcəsinə və s. görə qruplaşdırmaq olar. Dialektika bütün əlaqələri deyil, yalnız maddi 
və mənəvi aləmin bütün sahələrində təzahür edən ən ümumi əlaqələri öyrənir. Bu 
əlaqələr sırasında müstəqil və dolayı, daxili və xarici, mühüm və qeyri-mühüm, zəruri 
və təsadüfi, səbəbiyyət və s. əlaqələri göstərmək olar. 
İki və daha çox predmet bir-birilə bilavasitə əlaqədədirsə bunlar arasındakı əlaqə 
müstəqimdir. Məsələn, orqanizm onun yaşadığı təbii mühitlə müstəqim, bilavasitə 
əlaqədədir. Predmetləri hər hansı aralıq vasitələrilə bağlayan əlaqə dolayı (vasitəli) 
xarakter daşıyır. Məsələn, insan əmək fəaliyyəti prosesində təbiətlə bilavasitə deyil, 
müəyyən əmək alətləri vasitəsilə əlaqəyə girir. Daxili əlaqə predmetin, hadisənin 
cəhətləri, ünsürlərinin əlaqələridir. Xarici əlaqə isə predmet və hadisənin onu əhatə edən 
başqa predmet və hadisələrlə əlaqəsidir. Məsələn, növ daxilində orqanizmlərin əlaqələri 
daxili, müəyyən növün başqa növlərlə əlaqəsi isə xarici əlaqədir. 
Öz əhəmiyyəti cəhətdən də əlaqələr müxtəlifdir. Bəzi əlaqələr müəyyən prosesin 
inkişafında mühüm, başqaları isə az əhəmiyyətli rol oynayır. Müəyyən hadisə üçün 
vacib olub onun simasını, daxili təbiətini müəyyən edən əlaqələr mühüm, yerdə qalan 
müəyyənedici olmayan əlaqələr isə qeyri-mühümdür. Məsələn, bitkilərin Günəş ilə 
əlaqəsi mühüm xarakter daşıyır, çünki Günəş enerjisi olmadan onlar yaşaya bilməz. 
Bitkilərin başqa səma cisimləri ilə əlaqəsi isə qeyri-mühümdür. 
Göründüyü kimi, elmin və ictimai praktikanın inkişafı gedişində əlaqələrin 
müxtəlif növləri müəyyən edilmiş və onları ifadə etmək üçün müvafiq anlayışlar - 
qarşılıqlı təsir, səbəbiyyət, zərurət və təsadüf, məzmun və forma, mahiyyət və təzahür, 
imkan və gerçəklik və s. kimi anlayışlar işlənib hazırlanmalıdır. 
Yuxanda qeyd etdiyimiz kimi, cisim və hadisələrin əlaqə formalarından biri 
genetik, yəni inkişaf əlaqəsidir ki, bu da əksliklərin mübarizəsi vasitəsilə köhnənin 
aradan qalxması və yeninin meydana gəlməsini əks etdirir. Müəyyən hüdud və tarixi 
məzmunda götürüldükdə inkişaf təbiət, cəmiyyət və təfəkkürün tarixidir, tarixilik isə öz 
növbəsində dialektikanın mahiyyətidir. Buna görə də inkişaf prinsipi materialist 
dialektikanın başlıca prinsiplərindən biridir. Dialektika inkişafın obyektiv aləmin 
predmet və hadisələrinin qarşılıqlı əlaqəsi ilə üzvi surətdə bağlı olduğunu göstərir. 
Obyektiv aləmdə qarşılıqlı təsir sayəsində heç bir şey dəyişməz qalmır, hər şey dəyişir, 
bir haldan başqa hala keçir. Lakin gerçəklikdəki dəyişikliklər xarakterinə, mahiyyətinə 
görə fərqlənirlər. Onlardan bəziləri sadədən mürəkkəbə keçidi ifadə edir və buna görə 
yüksələn xətt üzrə baş verən dəyişikliyi mütərəqqi hərəkəti təşkil edir. Bir qisim 
dəyişikliklər isə obyektiv aləmin mürəkkəb maddi obyektlərinin sadələşməsinə və ya 
dağılmasına səbəb olur və buna görə də tənəzzül hərəkətini təşkil edir. Buradan aydındır 



ki, hərəkət və inkişaf nə qədər yaxın olsalar da, onları eyniləşdirmək olmaz. Hərəkət 
dedikdə hər cür dəyişiklik nəzərdə tutulduğu halda, inkişaf yalnız yüksələn xətt üzrə baş 
verən hərəkətdir. 
Dialektikaya görə, inkişaf obyektiv qanunauyğunluq olub, həm təbiətdə, həm 
cəmiyyətdə, həm də təfəkkürdə baş verir. Cansız təbiətdə inkişaf maddi obyektlərin 
əlaqələrinin və hərəkət formalarının mürəkkəbləşməsi ilə səciyyələnən dəyişikliklər 
şəklində özünü göstərir. Məsələn, mineralların və süxurların, müəyyən fiziki cisimlərin 
meydana gəlməsi; fiziki sahələrdə elementar zərrəciklərin, elementar zərrəciklər 
atomların, atomlardan molekulların, molekullardan isə fiziki cisimlərin əmələ gəlməsi 
buna aydın misaldır. 
Canlı təbiətdə inkişaf canlıların biokimyəvi strukturunun və funksiyalarının 
təkmilləşməsində ifadə olunur. Bu sahədə mütərəqqi inkişaf hüceyrəyə qədərki 
canlılardan hüceyrə quruluşuna malik canlıların meydana gəlməsi, bitki və heyvanlar 
aləminin yaranması və inkişaf edərək daha da təkmilləşməsi xətti ilə baş verir. İnsan 
cəmiyyəti də dəyişib inkişaf edir. Həm də burada inkişaf daha sürətlə baş verir. 
Ümumiyyətlə, hərəkətin daha yüksək formasına keçildikcə inkişafın sürəti artır. İnkişaf 
mənəvi aləmə, təfəkkür sahəsinə də aiddir. İnsanların şüuru, təfəkkürü, ideyaları, 
nəzəriyyələri, baxışları da əks etdirdikləri maddi aləmin inkişafına uyğun olaraq dəyişir, 
inkişaf edir. 
Deyilənlər göstərir ki, dialektikanın ən mühüm cəhətlərindən biri dünyanın 
fasiləsiz və qanunauyğun inkişafını qəbul etməkdir. Lakin inkişaf prinsipini qəbul etmək 
özlüyündə kifayət deyildir. Əsl məsələ onun necə başa düşülməsindədir. Bununla 
əlaqədar olaraq inkişafın bir-birinə əks olan iki metafizik və dialektik konsepsiyaları 
meydana çıxır. 
Hərəkət və inkişafın metafizik konsepsiyasında öz-özünə hərəkət, onun 
hərəkətverici qüvvəsi, mənbəyi, motivi kölgədə qalır, yaxud kənara yalnız, ilk təkana və 
s. keçirilir. Bu nəzəriyyə inkişafa ancaq adicə böyümə və artma kimi baxır. O, inkişafa 
yalnız kəmiyyət dəyişmələri kimi baxaraq inkişafın müəyyən mərhələsində yeni 
keyfiyyətə keçilməsini qəbul etmir. Həmin nəzəriyyə inkişafın mənbəyi və istiqaməti 
məsələsini də düzgün həll edə bilmir. 
İnkişafın dialektik konsepsiyası isə obyektiv gerçəklikdə baş verən proseslərə tam 
uyğun olaraq inkişafa kəmiyyət dəyişmələrinin toplanaraq yeni keyfiyyətə keçməsi kimi 
baxır. Bu nəzəriyyə inkişafın mənbəyini predmet və hadisələrdəki əks tərəflərin, 
meyllərin qarşılıqlı münasibətində və mübarizəsində görür. Həm də o, inkişafa sadədən 
mürəkkəbə, ibtidaidən aliyə doğru gedən irəliləmə prosesi kimi baxaraq göstərir ki


10 
əmələ gələn yeni, inkar olunan köhnə keyfiyyətlə varislik əlaqəsində olub onun bəzi 
müsbət cəhətlərini daha yüksək pillədə təkrar edir. 
İnkişafın bəhs etdiyimiz metafizik və dialektik nəzəriyyələrinin müqayisəsi aydın 
göstərir ki, obyektiv gerçəkliyin inkişafının düzgün başa düşülməsi yalnız inkişafın 
həqiqi elmi nəzəriyyəsi olan dialektika əsasında mümkündür. Məhz həmin nəzəriyyə 
dünyanın elmi surətdə, doğru-düzgün dərk edilməsinə imkan verir və obyektiv 
gerçəkliyin inkişafını qanunauyğun proses sayaraq onun ümumi qanunlarını tədqiq edir. 
Dialektikanın qanunlarının mahiyyətini düzgün başa düşmək üçün əvvəlcə 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin