Əksliklərin vəhdəti və mübarizəsi qanunu. Ziddiyyətlərin növləri və tipləri. Bu
qanun ümumi hərəkət və inkişafın səbəblərini, mənbələrini, hərəkətverici qüvvələrini
müəyyən edir, "inkişaf nə səbəbə baş verir?" sualmı cavab verir. Bu nöqteyi-nəzərdən
bir sıra materialist filosoflar "əksliklərin vəhdəti və mübarizəsinə inkişafın mənbələrini
müəyyən etdiyi üçün "dialektikanın nüvəsi, məğzi, özəyi" kimi baxırlar. Həmin
filosoflara görə cisim və hadisələrin bir-biri və daxili tərəfləri arasındakı ziddiyyətlər,
onların mübarizəsi və həll edilməsi hərəkət və inkişafın mənbəyi, səbəbidir, bunsuz, heç
bir inkişaf baş verə bilməzdi. Bu mənada inkişaf "özinkişafdir", hərəkət "özhərəkətdir",
"əksliklərin vəhdəti və mübarizəsidir".
Əksliklərin vəhdəti və mübarizəsi qanununun mahiyyətini, inkişaf prosesində
rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün "eyniyyət", "fərqlilik ,
"ziddiyyət", "əkslik", "münaqişə" ("konflikt") və s. anlayışların mahiyyətini bilmək,
onları fərqləndirmək zəruridir. Bu anlayışları iki mənada səciyyələndirmək olar:
a) "əkslik" gerçəklik hadisələrinə xas olan, onların inkişafını şərtləndirən ən ümumi
müəyyənlikdir, digər anlayışlar ("fərqlilik", "ziddiyyət", "münaqişə"
və s.) isə əksliyin
təzahür xüsusiyyətləridir;
b) "əkslik" ziddiyyətlərin kəskinləşməsi dərəcəsi, mənafe
fərqlərinin artıb tam qütbləşməsi və barışmazlığı forması və təzahürüdür. Bu mənada
"əkslik"
fərqliyin ziddiyyətə, ziddiyyətin inkişaf edib əksliyə və münaqişəyə çevrilməsi
prosesinin ifadəsi, ziddiyyətin yüksək və kəskin dərəcəsidir.
Bütün predmet və hadisələrlə ümumiləşdirən, eyniləşdirən oxşar cəhətlər, həm də
onu başqalarından ayıran fərqli cəhətlər, müxtəlifliklər vardır. Deməli, bır hadisədə onu
həm ümumi hadisələrlə birləşdirən, "eyniləşdirən"