17
bilərlər.
Ziddiyyət -
predmet, hadisə və proseslər və onların daxili tərəfləri arasındakı
fərqliliyin dərinləşməsi, kəskinləşməsidir, mənafe uyğunsuzluğu və əksliyinin ifadəsidir.
Ziddiyyət əksliyə, əkslik də ziddiyyətə çevrilə bilər.
Predmel və hadisələr daxilən obyektiv ziddiyyətli təbiətə malikdir. Məhz belə
ziddiyyətli mahiyyət hadisənin ümumi inkişafını şərtləndirir. Lakin fəlsəfə tarixində bu
ümumi qanunauyğun müddəaya münasibət müxtəlif cür olmuşdur. Heç də bütün fəlsəfi
cərəyanlar ziddiyyətin obyektivliyini və hadisələrə
daxilən xas olduğunu qəbul
etməmişlər. Hələ Aristotel qeyd edirdi ki, ola bilməz ki, bir hadisəyə həm "hə", həm də
"yox' deyəsən. Müsbət və mənfi cəhətlər eyni hadisəyə daxilən əks ola bilməz, "hə-
hədir, yox-yoxdur", başqa cür ola bilməz. Aristotel "Metafizika" əsərində qeyd edirdi ki,
əgər bir
şeyi eyni zamanda təsdiq və
inkar etməklə düz danışmaq mümkün olmazsa,
eynilə o da mümkün deyildir ki, bir-birinə əks olan tərəflər birlikdə
Dostları ilə paylaş: