Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   31   32   33   34   35   36   37   38   39
304 felsefe m N9dialektika eyani

a) Səbəb və nəticə.
Səbəbiyyət və determinizmin eyniləşdirilməsinin tarixi kökləri 
var və bu, həqiqətə yaxındır. Hər iki prinsip ayrılmazdır. Səbəbiyyət (kauzallıq) – 
hadisələrin ən ümumi qanunauyğun əlaqəsi formalarından biridir. Bütün elmlər 
hadisələrin meydana gəlməsi, inkişafı və məhv olması səbəblərini aydınlaşdırmaq 
istəyir. Bilik hər şeydən əvvəl, səbəbləri bilmək deməkdir. İnsan səbəb və nəticə anlayış-
larını yaratmaqla vahid obyektiv bir prosesin bu və ya başqa cəhətlərini təcrid edir. 
“Ayrı-ayrı hadisələri başa düşmək üçün, biz onları ən ümumi əlaqə içərisindən qoparıb 
götürməli və ayrılıqda gözdən keçirməliyik, belə bir halda isə bir-birini əvəz edən hərə-
kətlərin biri səbəb kimi, digəri isə fəaliyyət kimi qarşımıza çıxır” (F.Engels). 
Səbəb və nəticə bir-biri ilə bağlı anlayışlardır. Başqa bir hadisəni doğuran hadisə 
ona nisbətən bir səbəb kimi çıxış edir. Səbəbin təsirinin axırı nəticədir. Səbəbiyyət 
hadisələr arasında elə bir əlaqədir ki, hər dəfə biri olduqda, digəri də onun ardınca gəlir 
məsələn, suyun qızdırılması onun buxara çevrilməsinin səbəbidir, zira hər dəfə su 
qızdırıldıqda buxar əmələ gəlməsi prosesi başlanır. Səbəbiyyət ən ümumi, universal 
əlaqədir. 
Səbəbiyyət münasibətlərinin birinci və əsas əlaməti iki hadisə arasında istehsal və 
yaxud yaranmanın mövcudluğudur. Səbəb yalnız zamanda nəticədən əvvəl deyildir o, 


33 
həmçinin nəticəni doğurur. Ona görə də səbəb əlaqəsi substansional əlaqədir. Səbəbiyyət 
əlaqələrinin substansional xarakteri nisbilik nəzəriyyəsində inandırıcı təsdiqini 
tapmışdır. Bu nəzəriyyədən məlum olur ki, yalnız elə hadisələr səbəb əlaqələri ola bilər 
ki, səs surəti ilə yayılan real fiziki siqnal-proses və s. ilə əlaqədar olsun. 
Genetik törəmənin münasibəti səbəbiyyət münasibətinin mövcudluğunun ikinci 
əlamətini göstərir. Burada səbəbiyyət münasibətləri bir istiqamətliliyi və yaxud zaman 
assimetriyası kimi səciyyələndirilir. Bu, onu ifadə edir ki, səbəblərin formalaşması 
həmişə nəticənin yaranmasına gətirib çıxarır. Əksinə isə heç vaxt olmur. Səbəbiyyət 
münasibətlərinin üçüncü məcburi əlaməti onun zəruriliyi, birmənalılığıdır. Əgər səbəb 
ciddi müəyyənləşdirilmiş daxili və xarici şəraitdə yaranırsa, deməli həmin vaxt zəruri 
olaraq nəticə törənir. Bu isə məkan və zamanda səbəbiyyət münasibətinin 
lokallaşmasından asılı olmur. Səbəbiyyət qanununu formulə etsək deyə bilərik: bərabər 
səbəblər bərabər nəticələri doğurur. 
Səbəb – nəticə münasibətlərinin dördüncü əlaməti onun məkan və zaman 
fasiləsizliyidir, yaxud qarışığıdır. Hər bir səbəb münasibəti diqqətlə nəzərdən keçirilsə, 
faktiki olaraq səbəblərlə əlaqələndirilmiş hadisələrin müəyyən zənciridir. Əgər inteqral 
səbəb və nəticə məkan fasilələri ilə seçilirsə, o zaman bu, səbəb zənciri məkanda sınıb 
tökülür. Əgər səbəb və nəticə məkanın bir nöqtəsində yanaşı mövcud olursa, onda onlar 
zaman intervalı ilə ayrılır və səbəb zənciri zamanda reallaşır. 
Əlbəttə, səbəb ilə nəticə arasındakı münasibəti funksional asılılıq formasında 
təsəvvür etmək olar: nəticə səbəbin funksiyasıdır, lakin burada səbəbiyyətdəki başlıca 
cəhət pərdələnmiş olur: real bir hadisə olmaq etibarilə səbəb başqa bir real hadisə olan 
nəticəni doğurur və şərtləndirir. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin