Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


c) Tunc və ilk dəmir dövrü. Tunc dövrü (e. ə. IV-II minilliklər)



Yüklə 412,98 Kb.
Pdf görüntüsü
səhifə13/21
tarix18.09.2023
ölçüsü412,98 Kb.
#145244
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
267 azerbaycan tarixi m N1azerbaycan erazisinde ibtidai icma qurulushu tayfa ittifaqlari ve erken dovlet qurumlari (1)

c) Tunc və ilk dəmir dövrü. Tunc dövrü (e. ə. IV-II minilliklər). 
Qəbilə 
icmasının təsərrüfat həyatında böyük dəyişikliklərin baş verməsi və metal 
istehsalının təkmilləşməsi şəraitində e. ə. IV minilliyin sonlarında Azərbaycanda 
tunc dövrü başlandı. Icma təsərrüfatının yeni yaranmış sahələrindən biri metal 
istehsalı oldu. E.ə. III minillikdə sənətkarlar misi əritməyi, mis-mərgümüş (arsen) 
qatışığından tunc almağı, bu ərintini qəliblərə töküb hazır məhsul əldə etməyi 
bacarırdılar. Əkinçilik və maldarlıq məhsullarının tayfalararası miqyasda 
mübadiləsi də bu dövrdə meydana çıxmışdır. 
Təxminən 2 min il davam edən tunc dövründə məhsuldar qüvvələr daha da 
inkişaf etmiş, təsərrüfatın bütün sahələrində və ictimai həyatda köklü dəyişikliklər 
baş vermişdir. Qəbilə icmasının dağılması və erkən dövlət qurumlarının 
yaranması prosesi də bu dövrdə başlamışdı. Tunc dövrü 
erkən, orta 
və 
son 
adlanan üç mərhələdən keçmişdir. 
 
Erkən tunc dövründə
(
e. ə. IV minilliyin sonu - III minilliyi əhatə edir və 
arxeoloji baxımdan Kür - Araz mədəniyyəti adlanır) insanlar sıx yaşayış 
yerlərindən əkinçilik və maldarlıq üçün daha əlverişli olan vadilərə, dağ ətəklərinə 
yayılıb məskunlaşırdılar. Artıq e. ə. III minilliyin birinci yarısında toxa əkinçiliyi öz 
yerini 
xış əkinçiliyinə verməyə başlamışdı. Bununla bağlı olaraq iribuynuzlu 
heyvanlardan qoşqu vasitəsi kimi istifadə olunurdu. Xış əkinçiliyi dağətəyi 
bölgələrdə əkinçiliyin inkişafına yeni imkanlar açaraq əmək məhsuldarlığının 
yüksəlməsinə şərait yaradırdı. 
Azərbaycanda erkən tunc dövründə ev maldarlığından köçmə, yaylaq 
maldarlığına keçid baş vermişdir. Əhalinin Alp çəmənliklərinin bol olduğu 
ərazilərə yayılması xüsusilə qoyunçuluğun inkişafı ilə bağlı idi.
Köçmə (yaylaq) maldarlığına keçilməsi ilə əlaqədar yalnız heyvandarlıqla 
məşğul olan qəbilələr meydana çıxırdı. Əkinçiliyin və maldarlığın müstəqil 


18 
sahələr kimi fəaliyyət göstərməsi ibtidai icma cəmiyyətinin tarixində birinci ictimai 
əmək bölgüsü hesab edilir. 
E. ə. III minillik ibtidai cəmiyyətin həyatında əmlak bərabərsizliyinin ilkin 
əlamətlərinin üzə çıxdığı və ilkin tayfa birliklərinin yarandığı dövr kimi də 
xarakterizə olunur. 

Yüklə 412,98 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin