21
şüşədən muncuqlar, mərmər toppuz və şirli qab var idi. At əsləhəsi də qəbirdə
böyük yığımda və müxtəliflikdə təqdim olunmuşdu (müxtəlif gəm, sümükdən
qaytarğanlar, onların bəzilərində cızma üsulla insan başının təsviri verilmişdir).
Orada h
əm də tuncdan bəzəklər və dəniz xərçənglərinin çanağından düzəldilmiş
şəbəkə düymələr var idi.
Şübhə yoxdur ki, Borsunludakı bu kurqan qəbilə
başçısına mənsub imiş, dəfn ərəfəsində kənizləri, qulları və arvadları öldürülmüş
v
ə onunla birlikdə basdırılmışdır.
Son Tunc dövrü qəbirlərində göstərilən əlamətlər və silahların çoxluğu, çox
ehtimal ki, h
ərbi demokratiyanın inkişafı ilə əlaqədardır. İbtidai cəmiyyətin
dağılması ərəfəsində zorakılıqla zəbtetmə və talançılıq bəzi qəbilələrdə varlanma
m
ənbəyi kimi tez-tez baş verən hadisələrə çevrilir. Ancaq Azərbaycan əhalisinin
v
ə onun qonşularının bu dövrdə daima müharibələr şəraitində yaşamasını güman
etm
ək səhv olardı.
Doğrudur, ayrı-ayrı qəbilələr arasında varidat, ilk növbədə,
mal-
qara otlaqları üstündə vaxtaşırı toqquşmalar olurdu. Belə şəraitdə bəzi
q
əbilələrin əlçatmaz yerlərdə məskunlaşması və nəhəng qalaçalar hörülməsi
s
əbəbləri aydın olur.
B
əzi varlı qəbirlərdə silahların
həm əsas ölünün, həm də onu müşayiət
ed
ənlərin yanına qoyulması müşahidə edilmişdir. Dovşanlı kurqanında qəbirdə
düz uzadılmış əsas ölü və ona məxsus çoxlu miqdarda avadanlıqdan əlavə
bükülü vəziyyətdə üç skelet də var idi. Onlarla birlikdə tunc dəbilqə, silah, yaba
v
ə at yüyəninin tapılması onları ölən başçının hərbi
dəstəsinin üzvləri hesab
etm
əyə əsas verir.
Müvafiq dövr cəmiyyətində qəbilə başçıları, mötəbər şəxslər, hərbçilər,
qullar v
ə s. aydın seçilir. Bu, hər şeydən əvvəl,
yeni ictimai-iqtisadi
münasibətlərin yaranması ilə əlaqədar olub, təzəcə təşəkkül tapmaqda olan
ictimai quruluşun "carçıları" idi.
Bel
əliklə, bu dövr ibtidai-icma quruluşunun dağılması prosesində son
m
ərhələ - siniflərin və dövlətin yaranma ərəfəsi idi.
Dostları ilə paylaş: