Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 412,98 Kb.
Pdf görüntüsü
səhifə20/21
tarix18.09.2023
ölçüsü412,98 Kb.
#145244
1   ...   13   14   15   16   17   18   19   20   21
267 azerbaycan tarixi m N1azerbaycan erazisinde ibtidai icma qurulushu tayfa ittifaqlari ve erken dovlet qurumlari (1)

 
Turukki etno-siyasi birliyi. 
Azərbaycanın cənubunda yaşayan əhalinin 
tərkibinə turukki adlı etnik birlik də daxil idi. Turukki tayfa birliyi tarix səhnəsinə 
kutilər və lullubilərlə eyni vaxtda çıxmışdılar. E.ə. III minilliyin birinci yarısında 
turukkilərin kutilər və lullubilərlə bir müttəfiq kimi xatırlanması onların bir-biri ilə 
qonşuluqda yaşadığını göstərir. E. ə. XXIV əsrə aid yazılarda akkadlı Sarqonun 
dövründə onun dövlətinin ərazisində yaşayanlar içərisində turukku tayfa adı da 
çəkilmişdir. Akkad hökmdarı Naramsuenə qarşı kutilərin və digər tayfaların 
birləşdiyi hərbi ittifaqa turukkilər də qoşulmuşdular. E.ə. XVIII-XIII əsrlərə aid 
Assur yazılarında turukkilərin adına tez-tez rast gəlinir. Bir Assur mətnində onlar 
«Turukku ölkəsinin adamları» kimi verilmişlər və bu ərazidə kutilərin də yaşadığı 
göstərilmişdir. Lullubi kimi turukkular də Zaqros dağlarından Raniyə düzənliyinə 
keçərək hurrilərlə əlaqə saxlayır və Mesopotomiya hüdudlarına daxil olurdular.
Assur hökmdarı I Şamşi-Adadın (1813-1783) yürüşlərinə qədər turukkular 
qərb qonşuları ilə dinc əlaqələr saxlayır və Aşşurun ticarət əlaqələrində vasitəçi 
kimi 
iştirak edirdilər. Turukkular e. ə. XVIII əsrdə assurlarla dəfələrlə müharibə 
aparmışdılar. Mari məktublarında turukku hökmdarı Lidayanın adı assurlara qarşı 


26 
vuruşan turukkuların başçısı kimi xatırlanmışdır. Turukkular assurların Dəclədən 
şərqdəki əraziləri ələ keçirməsinə qarşı duran ciddi bir qüvvə kimi çıxış edirdilər. 
Lidayanın başçılığı ilə turukkular Assur hökmdarı İşmedaqana (1797-1757) qarşı 
uğurlu hərbi əməliyyat keçirərək Şuşarra ölkəsini assurlardan azad etmişdilər. 
Assur mənbələrindən birində yazılmışdır: «Turukku Lidaya və Şuşaradakı 
turukkular bizə düşmənçilik etdilər və iki şəhəri viran qoydular». Turukkular 
Dəclədən şərqdə öz vətənlərindən uzaqlarda Assurun nəzarəti altında olan 
torpaqlarda kifayət qədər sərbəst hərəkət edir və elə bir ciddi müqavimətlə 
üzləşmirdilər.
Qədim yazılı mənbələri araşdıran alimlərdən biri M. Mirzəyevin fikrinə görə 
Babil hökmdarı Hammurapinin dövründə (1792-1750) turukkular bölgədə kifayət 
qədər güclü toplum kimi tanınırdılar və Assurla mübarizənin gedişində vahid 
hakimiyyət altında birləşmişdilər. Hətta güclü Babil şahı Hammurapi öz 
rəqiblərinə qarşı müharibəyə hazırlaşarkən Turukku hökmdarı Zaziyaya müraciət 
etmişdir. Zaziya öz qoşunu ilə yardıma gələcəyini bildirsə də, xeyli müddət 
keçməsinə baxmayaraq vədinə əməl etməmişdi. Görünür Zaziya ikili siyasət 
yeridirdi. Hammurapiyə qarşı Elam, qonşu Kuti və digər ölkələrdən təşkil olunmuş 
ilk iki koalisiyada iştirak etməməklə yanaşı, o, Hammurapiyə də kömək etməyə 
tələsmirdi. Bunun nəticəsidir ki, Babil şahı Hammurapi hakimiyyətinin 35-ci ilində 
Marini darmadağın etdikdən sonra əsas diqqətini turukkuların da daxil olduğu 
koalisiyaya yönəltmiş, hakimiyyətinin 37-ci ilində turukku ordusu üzərində qələbə 
qazanmışdı. Döyüş şübhəsiz ki, Turukku ölkəsindən kənarda baş verdiyindən 
Hammurapi Turukkumu zəbt edə bilməmişdi.
E.ə. XIX əsrin sonu-XVIII əsrin I yarısında döyüşkən turukkular mütəşəkkil 
hərbi-siyasi qüvvə kimi çıxış etmiş, yarım əsr ərzində Assur hökmdarları ilə 
savaşlara girmiş, Assurun şərqə doğru hərbi təcavüzünü dayandıraraq tarixi 
Azərbaycan torpaqlarını işğal təhlükəsindən qurtarmışdı.
E.ə. XIV-XIII əsrlərdə kuti, lullubi, su tayfaları ilə birlikdə turukkular da 
assurların tez-tez baş verən yürüşlərinə qarşı birlikdə mübarizə aparırdılar. Bu 
tayfalar Azərbaycanın qədim tarixində mühüm rol oynamışlar. E.ə. I minilliyin 
başlanğıcında Azərbaycanda öz dövlətlərini yaradan mannalılar həmin tayfaların 
varisləri hesab olunurlar. Kuti-lulubi dillərində sözlər qalmadığından və dil 


27 
materialı yalnız şəxs adlarından ibarət olduğundan onların dil mənsubiyyəti 
indiyədək dəqiq müəyyən edilməmişdir. 

Yüklə 412,98 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin