Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra



Yüklə 348,94 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix29.10.2022
ölçüsü348,94 Kb.
#66780
1   2   3   4   5   6   7   8   9   ...   13
277 azerbaycan tarixi m N2azerbaycan erazisinde qedim dovletler

 
 



Sual 1. 
Manna dövləti: yaranması, yüksəlişi və süqutu 
Azərbaycan qədim dövlətçilik ənənələrinə malik olan bir ərazi kimi 
tanınır. Fəxrlə belə söyləmək olar ki, Azərbaycan türklərinin adı ta qədim 
çağlarda dövlət yaradan və dövlətçilik ənənələrini qoruyub saxlaya bilən 
xalqların sırasında çəkilir. E.ə. III minillikdə erkən dövlətlər yaratmaqla 
tarixin səhnəsinə çıxan Azərbaycan türkləri e.ə. I minilliyin əvvəllərində 
Azərbaycanın cənubunda Manna adlanan yeni bir dövlətin əsasını 
qoymuşdular. Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Assur mixi 
kitabəsində «Munna» kimi çəkilmişdir. Urartu yazılarında bu dövlətin adı 
Mana, Tövratda isə Minni kimi verilmişdir. Urmiya gölündən cənubda İç 
Zamuada yaşayan mannalılar bu bölgədə mövcud olan siyasi qurumları-
«ölkələri» öz dövlətlərinin tərkibində birləşdirmişdilər. Nəticədə Mannanın 
coğrafi hüdudları xeyli genişlənmişdi.  
E.ə. 843-cü ildə Assur çarı III Salmanasar İç Zamuadakı bəzi 
məntəqələri ələ keçirdikdən sonra Manna ölkəsinə qədər gedib çıxmış, 
ancaq müqavimət nəticəsində bu ölkəyə girə bilməmişdir. E.ə. 829-cu ildə 
As
suriyanın Mannaya yeni hücumu ilə bağlı mixi yazısında bu dövlətin 
hökmdarı Udakinin və paytaxt şəhəri Zirtanın (sonralar İzirtu) adı 
çəkilmişdir. Mannanın bir dövlət kimi formalaşmağa başlaması e.ə. IX əsrin 
ortalarına düşür. Həmin əsrin 30-20-ci illərində Urmiya gölünün bütün 
cənub və cənub şərqindəki «ölkələr»in çoxu Udakinin hakimiyyəti altında 
birləşdirilmişdir.
E.ə. IX əsrin sonu-VIII əsrin əvvəllərində Manna dövləti dəfələrlə 
qonşu Assuriya və Urartu kimi çox qüdrətli dövlətlərin çoxsaylı talanedici 
yürüşlərinə məruz qalmışdır. Bu amansız savaşlarda Manna böyük əhali və 
təbii sərvətlərini qurban vermək bahasına öz təhlükəsizliyini və dövlətçiliyini 
qoruyub saxlaya bilmişdir. Manna imkan düşən kimi ona düşmən kəsilən 
dövlətlərin üzərinə yürüşlər edirdi. E.ə. 776-775-ci illərdə Manna Urartu 
üzərinə hücum etmiş və bu hadisə Urartu yazısında «Manna ölkəsi gəldi» 
kimi verilmişdir.




Yüklə 348,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin