Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra


Atropatenanın siyasi tarixinin başlıca məsələləri



Yüklə 348,94 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix29.10.2022
ölçüsü348,94 Kb.
#66780
1   ...   5   6   7   8   9   10   11   12   13
277 azerbaycan tarixi m N2azerbaycan erazisinde qedim dovletler

Atropatenanın siyasi tarixinin başlıca məsələləri. Atropatdan 
başlayaraq Atropatena hökmdarları öz dövlətlərinin siyasi, hərbi və iqtisadi 
qüdrətini möhkəmləndirməyə çalışırdılar. Atropat öz ölkəsini Şərqdə ən 
böyük dövlətlərdən biri olan Selevklilərin hücumundan qoruya bilirdi. E.ə III 
əsrin 20-ci illərində Atropatena hökmdarı Artobazan Araz çayından nəinki 
cənubda, hətta şimala doğru çox geniş ərazilərə malik olmuşdur. Dövlətin 
sərhədlərinin Xəzər dənizindən Rioni çayının yuxarı axarlarınadək çatması 
onu göstərir ki, Ermənistan və İberiya da onun tərkibinə daxil idi. 


16 
Selevki hökmdarı III Antioxun ( e.ə 223-187) Midiya və Atropatenaya 
qarşı apardığı uğurlu müharibələr nəticəsində Midiya satraplığı tamamilə 
ələ keçirildi. Selevklilərlə savaşda məğlubiyyətə uğrayan Atropatena 
hökmdarı Artobazan III Antioxla sülh bağlayaraq, Selevklilərdən asılılığı 
qəbul etməli oldu. E.ə 190-cı ildə Maqneziya döyüşündə romalılara məğlub 
olan Selevklilərin Asiyadakı mövqeləri də xeyli zəiflədi. Bundan istifadə 
edən Atropatena asılılıqdan çıxıb, tam müstəqil oldu. 
E.ə. III əsrdə yaranmış Parfiya dövləti Şərqdə geniş işğalçılıq 
planlarını həyata keçirməyə çalışan Roma ilə rəqabət aparırdı. Ön Asiyada 
ağalıq uğrunda bu iki dövlətin apardığı müharibələrdə Atropatena əvvəlcə 
onunla dini baxımdan qohum olan Parfiyanı müdafiə edirdi. E.ə. 53-cü ildə 
Parfiya-
Atropatena müttəfiq qoşunlarının Romaya qarşı apardıqları Karr 
döyüşündə romalılar iyirmi min döyüşçü itirərək ağır məğlubiyyətə 
uğradılar. E.ə. 36-cı ildə Roma triumviri Mark Antoni Parfiyanı və onun 
müttəfiqi Atropatenanı sıradan çıxarmaq üçün böyük yürüşə başladı. Roma 
ordusu o dövr üçün çox müasir olan 300 mühasirə maşını və qalauçuran 
qurğu ilə silahlanmışdı. Antoni indiki Təxti-Süleymaniyyədə yerləşən 
Fraaspa şəhərini mühasirəyə alsa da, şəhərin müdafiəçiləri böyük qətiyyət 
göstərdilər, qala darvazalarını açıb romalılara ağır zərbələr vurdular. Geri 
çəkilməyə məcbur olan Antoninin itkisi çox böyük idi. Atropatena 
torpağında 35 min roma döyüşçüsü məhv edildi. Atropatena hökmdarı 
Artabazd (e.ə. 59-20) bu qələbəni təntənə ilə qeyd etdi. Roma tərəfində 
vuruşan Pont çarı Polemonu, xeyli hərbi əsiri, Roma bayraqlarını və çoxlu 
qənimət ələ keçirən Atropatena hökmdarı Artabazdla, onun müttəfiqi 
Parfiya çarı IV Fraat arasında ixtilaf yarandı. Parfiyanın Atropatenanı özünə 
tab
e etmək cəhdi Artabazdın Roma ilə yaxınlaşmasına səbəb oldu. Pont 
çarını və Roma bayraqlarını Antoniyə qaytaran Artabazd qızı İotapeni 
Antoninin Misir kraliçası Kleopatradan olan oğlu Aleksandrla nişanlayaraq 
e.ə. 34-cü ildə Parfiyaya qarşı mübarizədə güclü bir müttəfiq qazandı. 
Antoninin və e.ə. 30-cu ildən sonra Oktavian Avqustun dövründə Artabazd 


17 
öz taxt-tacını qoruyub saxlamaqla yanaşı ölkədə böyük nüfuz sahibinə 
çevrildi. E.ə. 20-ci ildə Roma imperatoru Oktavian Avqustun vasitəçiliyi ilə 
Atrabazdın qızı İotape hakimiyyətə Roma tərəfindən gətirilmiş III Mitridata 
ərə verilmiş və nəticədə o, Kommagena kraliçası I İotape kimi tarixə 
düşmüşdür. Onun qadın varislərinin hamısı İotape adlanırdı. Türkiyədə 
antik liman şəhəri İotapenin qalıqları tapılmışdır. Bu şəhər Kommagena çarı 
IV Antioxun həyat yoldaşı olmuş VI İotapenin adını daşıyırdı. I İotapenin 
varisləri uzun müddət Kommagena, Emesa, İudeya və Kilikiyada 
hökmranlıq etmişlər.
Artabazd Roma hökmdarı Oktavian Avqustun tapşırığı ilə e.ə. 20-ci 
ilədək eyni zamanda Ermənistanı da idarə etmişdir. Bölgədə Romanın 
siyasi üstünlüyünü qoruyub saxlamağa çalışan II Ariobarzanın dövründə 
(e.ə. 20-b.e. 2-ci ili) də Ermənistan ərazisi Atropatenanın tabeliyində 
olmuşdur. Eramızın 20-ci ilində Atropatena ərazisi Parfiya tərəfindən ələ 
keçirilmişdi. Nəticədə 350 ilə qədər mövcud olan Atropatena dövləti siyasi 
müstəqilliyini itirərək Parfiyanın tərkibinə qatılmışdı.

Yüklə 348,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin