18
bəhs olunur. Əlyazmalar
yunan dilində olsa da, iştirakçı şəxslər yerli ad
daşıyırdılar.
Atropatendə əhali zərdüşt dininə sitayiş edirdi. Bu dinin yaradıcısı
Zərdüştdür. Zərdüşdün e.ə. VII əsrin ortalarında
Azərbaycanda anadan
olması və e.ə. 595-ci ildə özünü peyğəmbər elan etməsi haqqında tutarlı
dəlillər vardır. Zərdüştlüyün müqəddəs kitabı «Avesta» dır. Zərdüştlükdə
Od mühüm yer tutduğundan bu din Atəşpərəstlik də adlanır.
Zərdüştlüyə
görə dünyada Xeyir (Hörmüzd) və Şər (Əhriman) adlanan iki əsas qüvvə
arasında daima mübarizə gedir və son nəticədə xeyir şərə qalib gəlir.
Zərdüştlük dini təlimi antik çağların mənəvi-əxlaqi keyfiyyətləri: yüksək zəka
və xeyirxahlıq üzərində qurulmuşdur. Bu dində
ailə və övlad tərbiyəsinə
xüsusi diqqət yetirilirdi. Zərdüşt dininə inam gətirən hər bir şəxs cəmiyyətin
həyatında fəaliyyətsiz qalmamalı, əkinçilik və ya maldarlıqla məşğul olmalı,
bataqlıqları qurudub məhsuldar torpağa çevirməli gündəlik həyatında
yalançılığa yol verməyərək düz danışmalı və doğru yol tutmalı idi.
Zərdüştlüyün baş məbədi Atropaten ərazisindəki Qanzakda (Qazaka)
yerləşirdi. Baş məbədin mehrablarında daima od yanır və heç vaxt onu
sönməyə qoymurdular.
Dostları ilə paylaş: