Mühazirənin qısa məzmunu: Fövqəladə
vəziyyət
şəraitində
obyektlərin
iş
dayanıqlığının əsasları, mahiyyəti və onlara təsir edən amillər.
İşin
dayanaqlığının
artırılmasının
əsas
məqsədləri.
İqtisadiyyatın dayanaqlığı məsələsinin anlayışları. Obyektlərin
dayanaqlı işinin əsasları. Mühəndis-texniki tələbatın yerinə
yetirilməsi qaydaları. Mülki Müdafiənin mühəndis-texniki
tədbirlərinin layihələndirmə normalarının təyinatı və onun
tətbiq olunma sahələri. Mümkün dağılma zonaları və onların
xüsusiyyətləri. İqtisadiyyat obyektlərinin yerləşməsinə olan
tələbat. Şəhərlərin tikilməsi, sənaye binaları və qurğuların
layihələnməsi və tikilməsinin planlaşmasına olan tələbat.
Enerji-su və qaz təchizatının layihələndirilməsi və tikilməsinə
olan tələbat. Fövqəladə vəziyyət zamanı obyektin dayanıqlı
işinin qiymətləndirilməsinin tədqiq olunması və təşkili.
Dayanaqlığın qiymətləndirilməsi üzrə işləri yerinə yetirmək
üçün hesabat-tədqiqat qruplarının yaradılması qaydaları.
Fövqəladə vəziyyət zamanı obyektin dayanıqlıq dərəcəsinin
qiymətləndirilməsi metodikası. Obyektin dayanıqlı işinin
qiymətləndirilməsinə daxil olan elementlər. Obyektin dayanıqlı
işinin qiymətləndirilməsi üçün ilkin göstəricilər. Obyektin
dayanıqlıq kriteriyası. Zədələyici amilə qarşı obyektin
dayanıqlığının qiymətləndirilməsinin aparılma ardıcıllığı.
Fövqəladə hallarda obyektlərin iş sabitliyini yüksəltmə yolları
və üsulları. Sülh dövründə idarəetmə üçün inzibati-xidmət
binalarında, dispetçer məntəqələrində və digər otaqlarda
yerləşdirilmiş texniki rabitə vasitələri, nəzarət-ölçü cihazları,
məsafədən idarəetmə aparatları və sair cihazların işlədilmə
qaydaları. İstehsalatın bərpa edilməsi planları və layihələrinin
tərtib olunma qaydaları.