4
Metodik tövsiyələr:
“Mülki müdafiə” fənni üzrə Tədris-metodiki vəsait
mühazirələrdə əldə edilən biliklərin
dərinləşdirilməsi üçün
nəzərdə tutulmuş və 7 mövzudan ibarətdir. Tədris-metodiki
vəsait seminar (praktiki) dərslərinin planları, özünüyoxlama
sualları, kursant və dinləyiciyə kömək edə bilən normativ-
hüquqi aktlar və xüsusi ədəbiyyat siyahısı,
fənnin hər bir
mövzusu üzrə suallar, o cümlədən terminoloji və yazılı
tapşırıqlar təsbit olunmuşdur.
Tədris-metodiki vəsaitin əsas vəzifələrinə bu və ya digər
mübahisəli məsələlərə dair öz fikirlərinin formalaşdırılmasında
kursant və dinləyicilərə köməkliyin göstərilməsidir.
Fənn proqramı 45 saat həcmində tədris etmək üçün
nəzərdə tutulmuşdur. Onlardan 14
saat mühazirələrə, 28 saat
seminar və 3 saat təcrübi dərs məşğələlərinə ayrılmışdır.
“Mülki müdafiə” fənni Azərbaycan Respublikası DİN-in
Polis Akademiyası kursantlarinin peşəkar kadr hazırlığında
özünəməxsus yer tutur.
Mülki müdafiənin rolu, quruluşu, məqsəd və vəzifələri
haqqında danışdıqda,
ilk öncə qeyd edək ki, mülki müdafiə
(MM) fənni insanın ətraf mühitdə təhlükəsizliyi və
sağlamlığının qorunması
haqqında elmdir. İnsanların
təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu
ona görədir ki, elm və texnikanın
sürətlə inkişaf etdiyi son
dövrlərdə sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların,
təbii fəlakətlərin sayı xeyli artmışdır.
Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir
silahların tətbiqi zamanı istehsalatda və gündəlik həyatda
insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini tə-
min etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir.
Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra
hakimiyyəti
xətti üzrə, həm də istehsalat və təsərrüfat
5
fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə
planlaşdırılır və yerinə yetirilir.
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun
hissələrindən,
ştatlı
qəza-xilasetmə
dəstələrindən,
hərbiləşməmiş
mülki
müdafiə dəstələrindən, həmçinin
nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının
tabeliyində qalmaqla xüsusi mülki müdafiənin vəzifələrinin
yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən,
təşkilatlardan və idarələrdən ibarətdir.