Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi


Seminar məşğələlərinin aparılması və kursantların



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix09.06.2022
ölçüsü0,6 Mb.
#61118
1   2   3   4   5   6   7   8   9   ...   29
258 mmmetodiki tovsiyye

Seminar məşğələlərinin aparılması və kursantların
seminar məşğələlərinə hazırlaşması metodikası. 
Müəllim mühazirəni apardıqdan sonra seminar məşğələlərində 
müzakirə etmək üçün mövzu üzrə daha vacib və aktual suallar 
kursantların nəzərinə çatdırır. 
Bununla əlaqədar olaraq müəllim hər bir mövzu üzrə 
seminar məşğələsinin planını tərtib edir. Planda müzakirə 


12 
edilməli sualların öyrənilməsi üçün əsas və əlavə ədəbiyyatın 
siyahısı göstərilir. 
“Mülki müdafiə” fənninin tədris proqramına əsasən hər 
bir mövzu üzrə seminar məşğələlərinin planları bu vəsaitdə 
təklif olunur. 
Seminar məşğələsinin planına əsasən kursant hazırlıq 
saatlarında göstərilən ədəbiyyatlardan istifadə edərək hər bir 
sual üzrə hazırlaşır və seminar məşğələləri dəftərində qeydiyyat 
aparır. Suallara hazırlaşan kursant həmin sualı daha dərindən 
mənimsəmək 
üçün müəllim tərəfindən təklif edilmiş 
dərsliklərdən 
başqa 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki müdafiə 
haqqında” Qanunua; - “Mülki müdafiənin təmin edilməsi 
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 
sentyabr 1998-ci tarixli, 193 nömrəli Qərarınına; müvafiq 
maddələrinə istinad edir və təklif edilən monoqrafiyaları 
öyrənir. 
Seminar 
məşğələsinin 
başlanğıcında kursant və 
dinləyicilərin dərsdə iştirakını yoxladıqdan sonra müəllim 5 
(beş) dəqiqə ərzində giriş sözü ilə çıxış edir. Giriş sözündə 
müəllim mövzunun anlayışını və əhəmiyyətini, məşğılınin 
məqsədini nəzərə çatdıraraq müzakirə üçün təqdim olunmuş 
suallar barədə qısaca izahat verir. 
Sualların sayından, həcmindən və mahiyyətindən asılı 
olaraq müəllim onların müzakirəsi üçün vaxtı müəyyən edir. 
Bundan sonra təqdim olunmuş sualları kursantlar müzakirə 
etməyə başlayırlar. 
Müzakirədən sonra hər bir suala müəllim tərəfindən 
yekun vurulur. Məşğələnin suonuna 5-8 dəqiqə qalmış müəllim 
yekun sözü ilə çıxış edərək mövzu üzrə kursantların hazrlığını, 
aparılmış məşğələnin nə dərəcədə mənimsənilməsinə dair öz 
fikrini bildirir və ayrı-ayrı kursantların hazırlıq səviyyəsinə 
qiymət verib dərs jurnalında müvafiq qeydiyyatlar aparır. 
Mövzuların daha vacib və aktual suallarının mənimsənilməsi 


13 
məqsədilə 
müəllim 
kursantlar 
tərəfindən 
referatların 
hazırlanması metodikasından istifadə edə bilər. 
Fənn üzrə mövunun əhəmiyyətindən və həcmindən asılı 
olaraq ayrı-ayrı mövzular üzrə tədris proqramında 2 (iki) 
ssatdan çox seminar məşğələlərin aparılması nəzərdə 
tutulmuşdur. Buna müvafiq olaraq seminar planı ayrıca təklif 
edilir. 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin