8
Yeni Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan
Respublikasında Mülki Müdafiə
işinə ümumi rəhbərliyi
Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir.
Azərbaycan Respublikasının Mülki Müdafiəsinə respublikanın
Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin
qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır
olması üçün məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata
keçirilməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə
Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Fövqəladə
Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı
( yanğından mühafizə işi, dənizdə xilasetmə ) mülki müdafiəyə
gündəlik rəhbərlik edir.
Yerlərdə
mülki müdafiəyə bilavasitə aşağıdakılar
rəhbərlik edirlər:
-
Naxçıvan
Muxtar Respublikasında - Muxtar
Respublikanın Baş Naziri;
- təsərrüfat birliklərdə və obyektlərdə - onların rəhbərləri
və sahibkarları.
-
şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə - müvafiq
icra hakimiyyəti başçıları və onların nümayəndələri;
Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam
məsuliyyət daşıyırlar və bu onların vəzifə borcuna daxildir.
Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları
vasitəsilə yerinə yetirirlər.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan
irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və
onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə
qərargahları yaradılır. Mülki müdafiə
sistemində təsərrüfat
obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat
obyektləri (müəssisələr) mülki müdafiənin təşkilində vacib rola
malikdir və əsas mərhələdir.
9
Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz
burada qoyulur. Obyekt dedikdə idarə, müəssisə, təhsil
müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.
Obyektdə
(məktəblərdə,
universitetlərdə)
mülki
müdafiənin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin
rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır.
Mülki müdafiə
tədbirlərinin yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr
və sərəncamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən icra
etməlidirlər.
Obyektlərdə mülki müdafiə - fəhlə, qulluqçu, gəncləri,
kursant
və
dinləyiciləri
qabaqcadan
müasir
qırğın
vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hal-
larda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında qəza
xilasetmə və digər təxirəsalınmaz işlər (QX və DTİ) görmək,
təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək
üçün yaradılır.
Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək
məqsədilə onun müavinləri (köçürmə, mühəndis texniki
hissəsi, maddi-texniki təchizat, qərargah üzrə) olur.
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki
müdafiə Qərargahı yaradılır; Qərargah mülki müdafiənin
idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzrə
bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki müdafiə
üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli
şəxslərdən təşkil edilir.
Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu
məqsədlə qüvvə və vasitələr hazırlamaq, xilasetmə və digər
təxirəsalınmaz işlər aparılarkən mülki müdafiə qüvvələrinin
fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə
xidmətləri yaradılır. Obyektlərdə xidmətlərin vacib rolu vardır.
Onlar obyektin şöbələri, təşkilat və laboratoriyaları əsasında
yaradılır. Xidmətlərin rəisləri
obyektin baş mütəxəssisləri,
istehsalat rəhbərlərindən təyin edilir.
10
Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən
məsələlərin həcm və xüsusiyyətlərini, xidmət yaratmaq üçün
lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə
almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və obyekt
rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas
xidmətləri bunlardır: rabitə və xəbərdarlıq; tibbi; yanğından
mühafizə;
ictimai
asayişi
mühafizə;
sığınacaq
və
daldalanacaqlar;
mühəndis; avtomobil nəqliyyatı; maddi-
texniki təchizat; ticarət və energetika; kimya və radiasiyadan
mühafizə və s.
Lazımi hallarda və müvafiq baza olduqda digər xidmətlər
də yaradıla bilər. Kənd təsərrüfatı istehsalı obyektlərində
bunlardan başqa kənd təsərrüfatı heyvanlarını və bitkilərini
mühafizə xidməti də yaradılır.
Dostları ilə paylaş: