6
təbii fəlakətlər) fövqəladə hadisələr göstərir ki,
indi mövcud
olan şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hal-
larda mühafizə etmək üçün, insanların psixoloji, mənəvi
cəhətdən
əsaslanmış
səmərəli
formada
hazırlanması
məsələlərini tamamilə yenidən qurmaq lazımdır. Xüsusilə
əmin-amanlıq dövründə fövqəladə
hal olan MM tədbirlərinə
yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən
qiymətləndirmək
lazımdır. Bu məsələ indiki iqtisadi
münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb
edir.
Azərbaycan Respublikasının Prezidentinin 1992-ci il
iyulun 31-də "Azərbaycan Respublikasının Mülki Müdafiəsi
haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı
Fərmanı və 1998-ci il aprelin 18-də " Mülki müdafiə haqqında
” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
700 saylı Fərmanı imzalanmışdır.
Yuxarıda göstərilənlər
bu Əsasnamə və Qanunda öz
əksini tapmışdır. Yeni Əsasnamə və Qanunda Respublikada
mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət
hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların,
eləcə də məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə
üzrə vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki müdafiəsi - sülh və
müharibə dövrlərində respublikanın ərazisində əhali və xalq
təsərrüfatını
təbii fəlakətlərin, həmçinin güclü qəzaların
nəticələrindən, habelə müasir qırğın vasitələrinin (bundan
sonra “təbii fəlakətlərin, güclü qəzaların nəticələri və müasir
qırğın vasitələrinin təsiri” ifadəsi “fövqəladə hallar”
adlandırılacaq) təsirindən mühafizə məqsədilə dövlət, tə-
sərrüfat,
hərbi idarəetmə orqanları tərəfindən bütün
vətəndaşların iştirakı ilə həyata
keçirilən sosial və müdafiə
tədbirləri sistemidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan
Respublikasının Mülki müdafiə sistemi yerinə yetirir. Buraya
7
bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid
olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyekt-
lər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və
fövqəladə hallarda respublikanın bütün ərazisində mülki
müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.
Dostları ilə paylaş: