19
Sual 3. Hüquq münasibətlərinin tərkibi.
Bütün
mürəkkəb
ictimai
hadisələrdə
olduğu
kimi,
hüquq
münasibətlərinin də müəyyən tərkibi, quruluşu və tərkib hissələri vardır ki, onların
ünsürləri hüquq münasibətlərinin ümumi anlayışını əmələ gətirir.
Hüquq
münasibətlərinin tərkib ünsürlərinə hüququn subyektləri, onların subyektiv hüquq və
vəzifələri, habelə hüquq münasibətlərinin subyektləri daxildir.
İctimai münasibətlərin bir forması olmaqla hüquq münasibətləri iştirakçıları
olmadan təsəvvür edilə bilməz, çünki hüquq münasibətləri şeylər arasında deyil,
hüquq və vəzifələrin daşıyıcısı olan subyektlər arasında əmələ gəlir.
Hüquq münasibətlərinin subyektləri (tərəfləri) - qarşılıqlı hüquqlara və
vəzifələrə malik hüquq münasibətinin iştirakçılarıdır.
Əksər vaxt tərəflər iki olur: alqı-satqıda satıcı və alıcı, istintaqda müstəntiq və
şahid və s. Lakin çoxtərəfli münasibətlər də mövcuddur. Məsələn;
hər bir vətəndaş
özünün konstitusion hüquqlarına görə bütün yerdə qalan subyektlərlə, o cümlədən
dövlətlə hüquq münasibətində olur.
Öz tərkibinə görə hüquq münasibətlərinin subyektləri fərdi və kollektiv növlərə
bölünə bilərlər. Fərdi subyektlərə dövlətin vətəndaşları,
xarici vətəndaşlar,
vətəndaşlığı olmayan şəxslər və ikili vətəndaşlığa malik şəxslər aid edilir. Kollektiv
subyektlər sırasında dövlət-ərazi quruluşları (dövlətlər, federasiya subyektləri,
rayonlar və digər ərazi vahidləri, seçki dairələri), onların əhalisi, habelə təşkilatları
(dövlət orqanları,
ictimai birliklər, müəssisələr, kommersiya strukturları və s.) qeyd
etmək olar.
Bu və ya digər subyektin hüquq münasibətinin iştirakçısı olması onun
hüquqsubyektliliyi, yəni hüququn subyekti olmaq imkanı ilə müəyyənləşir.
Hüquqsubyektliliy müəyyən şəxsin özəl xüsusiyyətidir, siyasi-hüquqi vəziyyətidir və
özündə üç elementi birləşdirir.
1) hüquq qabiliyyəti subyektiv hüquqlara və hüquqi vəzifələrə malik olmaq
qabiliyyəti;
2) fəaliyyət qabiliyyəti öz fəaliyyəti ilə hüquq və vəzifələri əldə etmək,
həyata keçirmək qabiliyyəti;