17 Hüquq münasibəti bazis münasibətinin hüquqi formasıdır, yəni ideoloci
münasibətdir. Bazis münasibəti dedikdə, hüquq normaları ilə tənzimlənən ictimai
münasibət başa düşülür.
Hüquq münasibətinə forma və məzmunun vəhdətindən ibarət kateqoriya kimi
baxsaq görərik ki, bu kateqoriya həm bazis münasibətini, həm də ideoloci münasibəti
əhatə edir. Hüquq münasibəti hüquq norması ilə tənzimlənən faktiki-real münasibətin
özüdür.
Hüquq münasibəti iki mənada işlənir:
1) Məhdud mənada
2) Geniş mənada
Məhdud mənada hüquq münasibəti faktiki-real münasibətlərin hüquqi
formasıdır. Geniş mənada hüquq münasibəti isə bazis münasibətilə ideoloci
münasibətin vəhdətini təşkil edir.
Hüquq münasibətləri mürəkkəb xarakterə malikdirlər. Hüquq münasibətləri
bütün hallarda hüquq normaları ilə bağlı olur. Əgər ictimai münasibətlərdən hansısa
hüquq normaları ilə tənzimlənirsə o, hüquq münasibətləridir. Əgər hüquq norması
yoxdursa, onda hüquq münasibəti də olmur. Hüquq münasibətinin iradəvi xarakterə
malik olması onun ideoloci münasibətin bir növü olması ilə izah olunur. İdeoloci
münasibətlər həmişə iradəvi xarakter daşıyır. Hüquq münasibəti də ideoloci
münasibətin növü kimi, insan şüur və düşüncəsindən keçərək, iradəvi xarakter
daşıyır. Əgər hüquq münasibətində dövlətin iradəsi ifadə edilmişsə, bu münasibətlər
obyektiv və ya geniş mənada iradəvi xarakterə malik olan hüquq münasibətləri
adlanır. Hüquq normaları hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələri üçün
məcburi qüvvəyə malikdir. Hüquq münasibətlərində dövlətin iradəsi ifadə olunur və
dövlət iradəsi hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Karl
Marks hüquq münasibətlərinin iradəvi xarakterə malik olması barədə demişdir:
“Hüquq münasibətləri elə iradəvi münasibətlərdir ki, burada iqtisadi münasibətlər
ifadə olunur”.
Hüquq münasibətlərinin əmələ gəlməsi və ya başlanğıcının qoyulması
münasibət tərəflərinin iradəvi aktı nəticəsində baş verir. Ancaq heç də bütün